Sizin Reklam Burada
Xəbər lenti
18-06-2026
16-06-2026
BÜTÜN XƏBƏRLƏR

ABŞ-də qadın ölən ərini "diriltdi" - Şəkillər

Tarix: 29-04-2026 08:51     Baxış: 4102 A- / A+
Yeni texnologiyalar dəfn mərasimlərinə fərqli bir yanaşma gətirib: artıq insanlar öz dəfn mərasimlərində virtual klonları vasitəsilə "iştirak" edə bilirlər. Bu yaxınlarda 78 yaşlı ABŞ vətəndaşı Pem Kronrat holoqram texnologiyasından istifadə edərək, vəfat etmiş ərini onun öz dəfn mərasiminə "qaytarıb".

Bu barədə "Dailymail.com" nəşri məlumat yayıb.

Pem və əri Bill təxminən 60 il xoşbəxt bir ömür sürüblər. Həyat yoldaşı vəfat etdikdə, qadın ona möhtəşəm bir vida mərasimi təşkil edəcəyinə söz verib. Tədbirin planlaşdırılması zamanı Pem qabaqcıl texnologiyalara olan marağını xatırlayıb. Onun yadına tibbi konfransda birbaşa efirdə çıxış edən həkimin holoqramı düşüb və o, əri Billin rəqəmsal əkizini yarada biləcək bir şirkət axtarmağa başlayıb.

Bir neçə müəssisə dul qadının müraciətini qəbul edib və Billin köhnə videoyazıları və fotoşəkillərindən istifadə edərək mərhumun "rəqəmsal surətini" hazırlamağa razı olub. Pem Kronrat "əri"nin qonaqlar qarşısında çıxış edəcəyi nitqi də özü hazırlayıb.

"İnsanlar dəhşət içində idilər. Bəziləri nə baş verdiyini anlaya bilmirdi", - deyə Pem Kronrat etiraf edib. oxu.az

Manevr.az 



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar