Sizin Reklam Burada
Xəbər lenti
26-05-2026
25-05-2026
BÜTÜN XƏBƏRLƏR

İrəvandan Xankəndi açıqlaması: Hay-küyün mənası yoxdur

Tarix: 28-04-2026 22:09     Baxış: 391 A- / A+
Ermənistan parlamentində hakim “Vətəndaş müqaviləsi” fraksiyasından olan deputat Arsen Torosyan Xankəndidə qanunsuz tikililərin sökülməsi ilə bağlı İrəvanın sərt reaksiya verməsinin mənasız olduğunu bildirib. Musavat.com xəbər verir ki, o, bu barədə ictimai televiziyanın efirində danışıb.

Deputat məsələ ilə bağlı hay-küy qaldırmağın heç bir nəticə verməyəcəyini vurğulayıb:

“Yaxşı, bunu edək — və nə olacaq?” – deyə o bildirib.

Torosyanın sözlərinə görə, Ermənistanın bu istiqamətdə hər hansı addım atması Qarabağ hərəkatının yenidən canlanmasına səbəb ola bilər.
 O qeyd edib ki, Azərbaycan öz suveren ərazisində istədiyi addımları atmaq hüququna malikdir:
“Onlar öz suveren ərazilərində nəsə edirlər”, – deyə deputat bildirib.

O əlavə edib ki, məsələ varsa belə, bu, Ermənistan tərəfindən deyil, beynəlxalq qurumlar səviyyəsində qaldırıla bilər:

“Bu mövzu ikitərəfli münasibətlərin gündəliyinə çevrilməməlidir. Biz keçmişi mürəkkəb olan qonşumuzla sülh qurmağa çalışırıq və bu, bir günə baş vermir”. musavat.com

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar