Xəbər lenti
Erməni kəşfiyyatçı saxlanıldı
Ermənistanda "Kandaz" ləqəbi ilə tanınan kəşfiyyatçı Artur Avanesyan Antikorrupsiya Komitəsinə aparılıb.Bu barədə "Sputnik Ermənistan" məlumat yayıb.
Məlumata görə, o, biznesmen və xeyriyyəçi Samvel Karapetyanın rəhbərlik etdiyi "Güclü Ermənistan" partiyasının seçki kampaniyası ilə bağlı ehtimal olunan pozuntular üzrə işdə fiqurant kimi keçir.
Bildirilir ki, Avanesyan yaxın zamanda Karapetyanın komandasına qoşulub. O, vaxtilə Qarabağdakı qondarma qurumun "müdafiə ordusu"nda uzun illər xidmət edib və azərbaycanlılara qarşı əməliyyatlarda kəşfiyyatçı kimi iştirak edib.
Qeyd edək ki, "Güclü Ermənistan" partiyası bir sıra siyasi qüvvələrlə blok şəklində Mərkəzi Seçki Komissiyasına sənədlər təqdim edib. Ermənistanda parlament seçkisi iyunun 7-də keçiriləcək. oxu.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar
































