Sizin Reklam Burada
Xəbər lenti
26-04-2026
25-04-2026
BÜTÜN XƏBƏRLƏR

“Hilton”da atəş Trampın xeyrinə oldu - İki mühüm səbəb

Tarix: 27-04-2026 09:00     Baxış: 422 A- / A+
Vaşinqtonda ABŞ prezidentinin iştirakı ilə keçirilən şam yeməyində açılan atəşin arxasındakı qüvvə(lər) bəlli olmasa da, hücumun Tramp və komandasına sərf etdiyi aydın görünür. Hücumdan dərhal sonra Trampın demokratlar tərəfindən etirazla qarşılanan Ağ Evdə 400 milyonluq bal zalı inşa etmək təklifi respublikaçıların dəstəyi ilə yenidən aktuallaşdı. Tramp şam yeməyinin hücumun baş verdiyi “Hilton”da yenidən keçirilməsinin təhlükəsizlik baxımından nə qədər risksiz olduğu haqda suala “min otağınız olduqda təhlükəsizlik həmişə çətinlik yaradır” sözləri ilə həm də Ağ Evdə zalın inşa edilməsinin “vacib olduğu”na diqqət çəkirdi.

Hərçənd, ABŞ prezidenti və administrasiya üzvlərinin hədəfə alınması ilə təkcə sözügedən layihə arasında paralellik aparmaq yetərli deyil. Bu hücum Tramp komandası üçün xüsusilə iki kontekstdə üstünlük deməkdir.

Birincisi, “Epşyetn işi”, ardınca İrana hücum məsələsinə görə ictimai rəydə mövcud administrasiya əleyhinə körüklənən narazılıq müvəqqəti də olsa, arxa plana keçir, əvəzində ikinci dəfə sui-qəsdə məruz qalan Tramp haqqında “ABŞ maraqları uğrunda mübarizə apardığı üçün öldürmək istəyirlər” fikri önə çıxır.

İkincisi, İran faktorudur: artıq İran amili ilə bağlı müəyyən ehtimallar gündəmə gətirilir və bu, Trampın apardığı müharibə ilə bağlı ABŞ ictimai rəyini yönləndirmək imkanları yaradır; ABŞ prezidenti daha öncə İranın onu öldürmək istədiyi haqda iddialar səsləndirmişdi, bu hücumdan da eyni təbliğatda istifadə edilməsi də istisna edilməməlidir.

Lakin hücumun nəticəsinin Tramp administrasiyasına sərf etməsi onun “ssenari” olduğu fikrini təsdiqləmir, xüsusilə ABŞ-ın keçmiş təcrübəsi və mövcud administrasiyanın siyasətinin siyasi qüvvələr arasında narazılıq yaratması fonunda. Trampın “Vaşinqton bataqlığı” adlandırdığı sistemə qarşı mübarizəsi onu hədəfə çevirib, bu kontekstdə siyasi və informasiya hücumlarından sonra praktiki hücum taktikasının da işə salındığı mümkün versiyalar arasındadır. axar.az

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar