Sizin Reklam Burada
Xəbər lenti
25-04-2026
24-04-2026
BÜTÜN XƏBƏRLƏR

Milyonlarla "Bitcoin" olan kriptocüzdanlar risk altındadır

Tarix: 26-04-2026 10:20     Baxış: 325 A- / A+
Milyonlarla "Bitcoin" olan kriptocüzdanlar risk altındadır
"Project Eleven" mərkəzi hamı üçün açıq olan kvant kompüterinin köməyi ilə elliptik əyri kriptoqrafiyasına əsaslanan 15 bitlik açarı uğurla sındıran tədqiqatçı Can Karlo Lelliyə 1 "Bitcoin" (hazırkı dəyəri ilə təxminən 77 700 ABŞ dolları) məbləğində "Q-Gün" mükafatını təqdim edib.
Əldə olunan nəticə analoji kiberhücumların ən böyük kütləvi nümayişi hesab olunur və əvvəlki rekordları xeyli qabaqlayaraq müdaxilə səviyyəsini 512 dəfəyədək artırır.
Manevr.az xəbər verir ki, bu məlumat "Project Eleven" təşkilatının "X" sosial platformasındakı rəsmi hesabında yayımlanıb.
Tədqiqatçı elliptik əyrilərdə mövcud olan diskret loqarifm problemini həll edə bilən Şor alqoritminin modifikasiya olunmuş variantından istifadə edərək 32 767 mümkün variantı sınaqdan keçirib və açıq açar üzərindən gizli açarı əldə etməyə nail olub. Bu riyazi yanaşma yalnız "Bitcoin" və "Ethereum" kimi kriptovalyutaların deyil, eyni zamanda müxtəlif blokçeyn sistemlərinin də təhlükəsizlik əsasını təşkil edir.
"Project Eleven"in direktoru Aleks Pruden bildirib ki, bu cür kiberhücumları həyata keçirmək üçün lazım olan vasitələr sürətlə ucuzlaşır və avadanlıqlara çıxış asanlaşır. Onun sözlərinə görə, layihə heç bir xüsusi mikrosxem və ya dövlət laboratoriyası olmadan, yalnız bulud texnologiyaları əsasında müstəqil mütəxəssis tərəfindən reallaşdırılıb. Bu isə kvant hücumları riskinin tamamilə real olduğunu göstərir və post-kvant kriptoqrafiyası standartlarına keçidi qaçılmaz edir.
Qeyd edək ki, 2025-ci ilin sentyabrında tədqiqatçı Stiv Tippekonnik 6 bitlik şifrəni sındıraraq kvant sistemləri ilə hücumun ilkin açıq nümunəsini nümayiş etdirmişdi. Son nəticə isə bu sahədə ciddi irəliləyiş kimi qiymətləndirilir. Baxmayaraq ki, hazırda istifadə olunan 256 bitlik açarların sındırılması üçün hələ kifayət qədər məsafə var, vəziyyət artıq nəzəri deyil, bilavasitə mühəndislik problemi kimi qəbul olunur.
Hazırda açıq açarları məlum olan kriptocüzdanlarda təxminən 6,9 milyon "Bitcoin" saxlanılır. Bu isə həmin rəqəmsal aktivləri kvant hesablama hücumlarına qarşı olduqca həssas vəziyyətə salır.


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar