Sizin Reklam Burada
Xəbər lenti
26-05-2026
25-05-2026
BÜTÜN XƏBƏRLƏR

İnsanlığı xilas edəcək SİRR açıldı: 500 il əvvəl Da Vinçi çəkmişdi

Tarix: 25-04-2026 23:06     Baxış: 383 A- / A+
İnsanlığı xilas edəcək SİRR   açıldı: 500 il əvvəl Da Vinçi  çəkmişdiLeonardo da Vinçinin 500 il əvvəl bir qeyd dəftərinə çəkdiyi mürəkkəb cizgilərin bu gün müasir tibb dünyasında böyük bir kəşfin qapısını açacağını kim bilə bilərdi? İntibah dövrünün dahisi, təkcə sənəti ilə deyil, insan anatomiyasına olan marağı ilə də dövrünün çox irəlisində idi. 
Manevr.az bildiri ki, lent.az xarici mediaya istinadla milyonlarla insanın ürək sağlamlığını yaxından maraqlandıran möcüzənin hekayəsini təqdim edir.
Da Vinçinin 500 il əvvəl fərq etdiyi, lakin o dövrdə tam mənalandıra bilmədiyi bir detal, günümüzün genetik və süni intellekt texnologiyaları ilə nəhayət həll olundu. Ürəyin daxilində fraktal quruluşlar, bu gün ürək mərkəzli müalicələrdə yeni bir dövrün qapılarını açıb. Bəs, fraktal quruluş nədir və Da Vinçi bunu necə kəşf etdi?

Leonardo da Vinçi, insan ürəyi üzərində apardığı araşdırmalarda, ürəyin daxili səthini örtən krujeva bənzəri, mürəkkəb bir əzələ toxuması fərq etmişdi. Bu gün tibb dünyasında "trabekul" adlandırılan bu strukturlar, o dövrdə da Vinçinin də diqqətini çəkmişdi. Məşhur dahi, bu liflərin ürəkdən keçən qanı isti saxlamağa yarayan bir sistem olduğunu düşünmüşdü.
Da Vinçinin "isinmə" nəzəriyyəsi müasir tibbdə təsdiqlənməsə də, bu strukturların həyati əhəmiyyət kəsb etməsi barədəki intuisiyaları tam 500 il sonra elmi olaraq sübuta yetirildi.
Alimlər bu sirri həll etmək üçün 18 mindən çox insanın ürək MRT (Maqnit Rezonans Tomoqrafiyası) görüntülərini süni intellekt dəstəyi ilə araşdırdılar. Araşdırmanın ən füsunkar nöqtəsi isə təbiətdə qar dənəciklərində və ya ağac budaqlarında gördüyümüz fraktal nəzəriyyəsinin (öz-özünü təkrar edən mürəkkəb naxışlar) qəlbimizdə də mövcud olduğunun anlaşılması idi.


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar