Sizin Reklam Burada
Xəbər lenti
22-04-2026
BÜTÜN XƏBƏRLƏR

Nuhun gəmisinin yeri TƏSDİQLƏNDİ

Tarix: 22-04-2026 14:39     Baxış: 455 A- / A+
Nuhun gəmisi oradadır - TƏSDİQLƏNDİ
Amerikalı tədqiqatçı Endryu Cons Türkiyənin Ağrı dağı ərazisindəki qaya formasiyası ilə bağlı yeni iddia irəli sürüb.

Manevr.az
publika.az-a istinadən xəbər verir ki, Cons "GB News"-a verdiyi müsahibədə əldə olunan son elmi nəticələr əsasında bu ərazinin Nuhun gəmisi ilə əlaqəli ola biləcəyini iddia edib.

Onun sözlərinə görə, hələ 1959-cu ildə aşkarlanan gəmi formalı qaya strukturu üzərində aparılan son tədqiqatlar diqqətçəkən nəticələr ortaya qoyub. Yeraltı radar araşdırmaları nəticəsində ərazidə tunellər və mərkəzi boşluqların aşkar edildiyi bildirilir. Tədqiqatçı bu strukturların təsadüfi olmadığını və müəyyən plan əsasında formalaşdığını iddia edir.
Alim əlavə edib ki, geofiziki üsullardan, xüsusilə yeraltı radar və infraqırmızı görüntüləmə texnologiyalarından istifadə nəticəsində dağın dərinliklərində gəmi formasına bənzər quruluş müşahidə olunub. Onun fikrincə, bu, təbii deyil və insan fəaliyyəti ilə əlaqəli ola bilər.

2024-cü ildə ərazidən götürülmüş 88 torpaq nümunəsinin analizi də diqqətçəkən fərqlər ortaya qoyub. Araşdırmaya əsasən, qaya formasiyasının daxilindəki torpaqda üzvi maddələrin miqdarı daha çox, kalium səviyyəsi isə təxminən 38 faiz yüksək olub.

Bundan başqa, həmin ərazidə dəniz canlılarına aid fosil qalıqlarının tapılması bu yerin bir vaxtlar su altında qaldığını göstərir.



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar