Xəbər lenti
Dövlət işçiləri üçün WhatsApp qadağası
Avropada məlumat təhlükəsizliyi və kiberhücum riskləri səbəbindən WhatsApp və Signal dövlət işçiləri üçün qadağan edilir.Fransa və Almaniyanın rəhbərlik etdiyi ölkələr həssas məlumatları qorumaq üçün bu tətbiqlər əvəzinə dövlət tərəfindən idarə olunan yerli mesajlaşma sistemlərinə keçirlər.
Avropa hökumətləri dövlət qulluqçularının istifadə etdiyi mesajlaşma tətbiqləri ilə bağlı yeni addımlar atır. Məlumata görə, Fransa, Almaniya, Polşa, Hollandiya, Lüksemburq və Belçika da daxil olmaqla bir neçə ölkə ABŞ-da yerləşən WhatsApp və Signal tətbiqlərinin istifadəsini məhdudlaşdırmaq qərarına gəlib.
Xəbərdə bildirilir ki, bu ölkələr "nəzarət etmədikləri" mesajlaşma tətbiqlərindən imtina etməyi hədəfləyir və yerli alternativlər hazırlamaq üçün addımlar atıblar. Həmçinin qeyd edilib ki, plan dövlət qulluqçuları arasında ünsiyyət üçün dövlət tərəfindən idarə olunan qapalı dövrəli sistemlərdən istifadə etməkdir.
Avropa ölkələri və Avropa Birliyi qurumları bu addımı məlumatların təhlükəsizliyi və suverenliyi səbəbindən atıblar. Hakimiyyət orqanları həssas məlumatları qorumaq üçün xarici mənbələrdən əldə edilən tətbiqlərdən asılılığı azaltmağı hədəfləyirlər.
Məlumata görə, dövlət qurumlarında WhatsApp və Signal kimi tətbiqlərin istifadəsinə qoyulan məhdudiyyətlər getdikcə daha çox yayılır və yeni sistemlərin tətbiqi səyləri sürətlənir. lent.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər


Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar
































