Xəbər lenti
Səhv xəstə əməliyyat ediləndən sonra öldü
Hindistanda yaşlı bir qadın xəstənin kimliyinin səhv müəyyənləşdirilməsi faciə ilə nəticələnib. Yanlışlıq ucbatından o, ehtiyacı olmayan cərrahi müdaxiləyə məruz qalıb və sonradan həyatını itirib.İnsident ölkədə fəaliyyət göstərən universitetlərdən birinin xəstəxanasında, travmatologiya mərkəzində baş verib. 71 yaşlı qadın əslində neyrocərrahiyyə şöbəsində planlı prosedur gözləyirmiş. Lakin səhvən başqa bir pasiyentin yerinə əməliyyat otağına aparılıb.
Cərrahlar əməliyyata başlasalar da, baş ordinator xəstədə gözlənilən bud sümüyü sınığını aşkar etməyib. Araşdırma zamanı tibb bacıları xəstələrin qarışdırıldığını təsdiqləyiblər.
Həkimlər artıq edilmiş kəsikləri tibbi qaydada bağlayaraq qadını yenidən palataya köçürüblər. Bildirilir ki, hadisə barədə xəstənin ailə üzvlərinə vaxtında məlumat verilməyib. milli.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
İlqar İlkin
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar
































