Sizin Reklam Burada
Xəbər lenti
26-05-2026
25-05-2026
BÜTÜN XƏBƏRLƏR

Rüfət İsmayılovun qol saatları da müsadirə edildi

Tarix: 18-04-2026 19:54     Baxış: 3106 A- / A+
rufet-ismayilovun-qol-saatlari-da-musadire-edildi
Moskvanın Doroqomilovski Rayon Məhkəməsi Dağıstan daxili işlər nazirinin keçmiş müavini, əslən azərbaycanlı olan Rüfət İsmayılovun qol saatlarını dövlətin xeyrinə müsadirə edib.  

Bu barədə TASS məhkəmə qərarının mətninə istinadən məlumat yayıb. 

Bildirilir ki, məhkəmənin qərarında müsadirə edilmiş səkkiz qol saatının dəyərinin 4,4 milyon rubl (təxminən 98 100 AZN) təşkil etdiyi qeyd olunub. 

Xatırladaq ki, daha əvvəl məhkəmənin qərarı ilə keçmiş nazir müavininin 533,6 milyon rubl (təxminən 11 milyon 755 min AZN) dəyərində qiymətləndirilən əmlakı müsadirə edilmişdi.

Qeyd edək ki, İsmayılov və müavini Dalqat Abdulqapurov 7 noyabr 2023-cü ildə Federal Təhlükəsizlik Xidmətinin (FTX) əməkdaşları tərəfindən saxlanılıblar. 1975-ci il təvəllüdlü Rüfət İsmayılov Dağıstanın Dərbənd şəhərində azərbaycanlı ailəsində dünyaya gəlib. Onun atası hakim Hikmət İsmayılov Dağıstanda hakim vəzifəsində çalışıb. qafqazinfo

Manevr.az 
 



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar