Sizin Reklam Burada
Xəbər lenti
08-05-2026
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanla yeni müharibə xəbərdarlığı edildi

Tarix: 17-04-2026 21:42     Baxış: 3105 A- / A+
Azərbaycanla yeni müharibə xəbərdarlığı edildi“Üçbaşlı müharibə partiyası”nın proqramı Ermənistan və Azərbaycan arasında yeni müharibəyə hesablanıb”.

Bunu Ermənistan parlamentinin sədr müavini Ruben Rubinyan radikal müxalifətin seçki ilə bağlı icra proqramını şərh edərkən deyib.

Vitse-spikerin fikrincə, bu radikal qüvvələrin proqramları “Daşnaksütyun” terror təşkilatının təhlükəli ideologiyasını əks etdirir.

“Bunları kimin yazdığını bilmirəm, amma axmaq fikirlər yaza bilməməsi üçün həmin yazarın əlini siyasi olaraq kəsəcəyik”, - o bildirib.

Rubinyanın sözlərinə görə, radikal müxalifət Ermənistanda hakimiyyətə gələcəyi təqdirdə Azərbaycanla paraflanmış sülh sazişini yenidən nəzərdən keçirməyi hədəfləyir:

“Əgər kabus ssenarisi təsəvvür etmək istəyirsinizsə, onda paraflanmış sülh sazişini qəbul etmədiyiniz və ya yenidən nəzərdən keçirdiyiniz bir durum düşünün, başqa sözlə, onu ləğvi müharibə deməkdir”.

Parlament sədrinin müavini əlavə edib ki, xalq “üçbaşlı müharibə partiyası” ilə sülhpərvər qüvvələr (Nikol Paşinyan hökuməti) arasında seçim etməlidir.

Xatırladaq ki, Ruben Rubinyan “üçbaşlı müharibə partiyası” dedikdə, Ermənistanın sabiq prezidenti Robert Köçəryanın rəhbəri olduğu “Ermənistan” bloku, rusiyalı oliqarx Samvel Karapetyanın “Güclü Ermənistan” və Qaqik Sarukyanın “Çiçəklənən Ermənistan” partiyalarını nəzərdə tutur.

Ermənistanda parlament seçkiləri iyunun 7-də keçiriləcək. bakupost.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar