Sizin Reklam Burada
Xəbər lenti
18-06-2026
BÜTÜN XƏBƏRLƏR

Bal ayına yollanan ispan həkimin ayağını köpəkbalığı qopardı

Tarix: 17-04-2026 08:34     Baxış: 4131 A- / A+
Maldiv adalarına bal ayına yollanan ispaniyalı həkimin başına dəhşətli hadisə gəlib.

 31 yaşlı ginekoloq toydan dərhal sonra həyat yoldaşı birlikdə məşhur adalara yollanıb. Cütlük turist qrupunun tərkibində tullantıları dənizə atan balıq emalı zavodunun yaxınlığında suya girib.

Həmin vaxt köpəkbalığı hücum edərək ispaniyalı turistin ayağını parçalayıb. Hadisə yerinə gələn tibb işçiləri zərərçəkənə ilkin yardım göstərdikdən sonra o, helikopterlə paytaxt Maledəki xəstəxanaya çatdırılıb. Həkimlərin səylərinə baxmayaraq, turistin xəsarət alan ayağı amputasiya edilib.

Məlum olub ki, yerli sakinlər həmin akvatoriyada köpəkbalıqlarının olduğundan xəbərdardırlar, çünki yırtıcılar zavodun tullantıları ilə qidalanmağa öyrəşiblər. Bildirilir ki, turistlərin əraziyə gəldiyi vaxtadək müəssisə yırtıcıları təxminən bir həftədir "yemləmirmiş". Mütəxəssislərin fikrincə, köpəkbalıqları həmin an çox ac olublar və turistlərin səs-küylü hərəkətləri onlarda aqressiv reaksiya yaradıb.

Artıq zərərçəkənin ailəsi ekskursiyanı təşkil edən şirkəti səhlənkarlıqda ittiham edərək rəsmi şikayət verib. oxu.az 

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar