Sizin Reklam Burada
Xəbər lenti
16-04-2026
15-04-2026
BÜTÜN XƏBƏRLƏR

Klinik ölüm şüurunu dəyişdirdi - Gördüklərini danışdı

Tarix: 17-04-2026 08:19     Baxış: 327 A- / A+
Ötən ilin aprel ayında ürəyi dayanan Rubi Rolge həkimlərin ən pessimist proqnozlarına baxmayaraq, orqanizminin bütün funksiyalarını bərpa edə bilib.

Onun hekayəsi həyat və ölüm arasındakı sərhədlərlə bağlı ənənəvi təsəvvürləri sarsıdır. 24 yaşlı gənc qadın bildirir ki, 10 dəqiqəlik kliniki ölüm zamanı o, sanki gələcəyin daha inkişaf etmiş dünyasında 5 il yaşayıb. Rubi bu təcrübəni insan şüurunun yalnız bioloji çərçivələrlə məhdudlaşmadığının sübutu kimi qiymətləndirir.

Ağır diaqnoz və ümidsiz proqnozlar

Hadisə 2025-ci ilin aprelində baş verib. Həmin vaxt Rubi həm ailə qurmağa hazırlaşır, həm də tibbi təhsilini başa vururdu. Qəfil ətrafların iflici və tənəffüs problemləri onu xəstəxanaya aparıb. Həkimlər onda ağciyər arteriyasının kütləvi tromboemboliyasını aşkarlayıblar.

Vəziyyət sürətlə ağırlaşıb:

Qanda oksigen səviyyəsi 65 faizə düşüb, rək iki dəfə dayanıb, ikinci dayanma 10 dəqiqədən çox davam edib. Göz bəbəkləri xarici təsirlərə reaksiya verməyib
Həkimlər beyin ölümünü qeydə alaraq, yaxınlarına demək olar ki, heç bir ümid qoymayıblar.

“Gələcəkdə keçən 5 il”

Reanimasiya zamanı Rubinin sözlərinə görə, onun şüuru fərqli bir zaman xəttinə keçib. O iddia edir ki, 2025–2030-cu illər arasında alternativ reallıqda tam bir həyat yaşayıb.

Onun təsvirinə görə, həmin gələcək dünyası belə olub: Texnologiya gündəlik işləri tam avtomatlaşdırıb, insanlar mobil cihazlardan asılılıqdan qurtulub. Boş vaxt daha çox ünsiyyət və mənəvi inkişaf üçün istifadə olunub, cəmiyyət daha sakit və sülhpərvər olub.

Rubi həmin reallıqda hücuma məruz qaldığını, daha sonra qorxu dolu bir tuneldən keçərək öz bədəninə qayıtdığını deyir.

Komadan sonra möcüzəvi sağalma

Bir aylıq komadan sonra Rubi ayılıb. Həkimlərin gözləntilərinin əksinə olaraq, o, nə iflic, nə də ciddi yaddaş pozuntuları ilə üzləşməyib və tam bərpa olunub.

Onun üçün ən çətin an yaxınları ilə yenidən görüşmək olub. Çünki yaddaşında onlar 5 il daha yaşlı kimi qalıbmış və birdən-birə onları əvvəlki vəziyyətdə görmək psixoloji baxımdan ağır təsir edib.

Hazırda Rubi Rolge baş verənləri faciə kimi deyil, mənəvi təcrübə kimi qiymətləndirir. O hesab edir ki, ölüm son deyil, sadəcə fərqli bir varlıq vəziyyətinə keçiddir. Burada zaman və məkan tamam başqa qaydalarla işləyir. lent.az 

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar