Sizin Reklam Burada
Xəbər lenti
16-04-2026
15-04-2026
BÜTÜN XƏBƏRLƏR

Rusiya qərar verdi - 6 min miqrant ölkədən qovulur

Tarix: 16-04-2026 08:58     Baxış: 443 A- / A+
Rusiyada qanunsuz miqrasiyaya qarşı mübarizə çərçivəsində, təxminən 6 min xarici vətəndaşın ölkədən çıxarılması barədə qərar qəbul edilib.

Bu barədə Rusiya Daxili İşlər Nazirliyinin rəsmi nümayəndəsi İrina Volk özünün “Telegram” kanalında məlumat yayıb.

Onun məlumatına görə, mart ayında keçirilmiş reydlərin nəticələrinə əsasən, təxminən min cinayət işi başlanıb, həmçinin axtarışda olan 138 nəfər müəyyən edilib. Bundan əlavə, 7,7 min xarici vətəndaşın Rusiyaya girişinə qadağa qoyulması barədə qərar qəbul olunub.

Bildirilir ki, ümumilikdə, 48 minə yaxın inzibati hüquqpozma faktı qeydə alınıb. 26 mindən çox miqrant məsuliyyətə cəlb olunub.

Reydlər ölkə üzrə Daxili İşlər Nazirliyi və Federal Təhlükəsizlik Xidmətinin əməkdaşlarının iştirakı ilə, Rusiya Qvardiyasının dəstəyi ilə keçirilib. Nəqliyyat infrastrukturu obyektlərinin, eləcə də bazarların, anbarların, sənaye zonalarının və xarici vətəndaşların yaşadığı yerlərin yoxlanılmasına xüsusi önəm verilib. Ümumilikdə, 130 mindən çox obyekt yoxlanılıb.

Yoxlama tədbirlərdə təxminən 60 min polis əməkdaşı iştirak edib. Səmərəliliyin artırılması məqsədilə pilotsuz uçuş aparatlarından və digər müasir texniki vasitələrdən istifadə olunub.

Daxili İşlər Nazirliyinin məlumatına görə, 2025-ci ildə Rusiyadan 72 min xarici vətəndaş ölkədən çıxarılıb. azərtac

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar