Sizin Reklam Burada
Xəbər lenti
16-04-2026
15-04-2026
BÜTÜN XƏBƏRLƏR

Jurnalistin sualı Simonyanı qəzəbləndirdi, brifinqi yarımçıq dayandırdı

Tarix: 14-04-2026 20:45     Baxış: 342 A- / A+

“Bütün problemlər müzakirə olunaraq həll ediləcək, Rusiya ilə heç bir məsələ üzrə müharibə aparmayacağıq, döyüşməyəcəyik, bütün problemləri həll edərək irəliləməyə çalışacağıq”.

Bunu Ermənistan parlamentinin sədri Alen Simonyan erməni iş adamlarının Rusiyada problemlərlə üzləşdiyinə dair jurnalistlərin suallarını cavablandırarkən deyib.

“Rusiyaya qarşı heç bir təhlükə yaratmırıq, təhlükə olmağı da planlaşdırmırıq. Belə niyyət yoxdur. Müəyyən məsələlər var, bu cür məsələlər bütün ölkələr arasında mövcuddur. Bir müddət həmin məsələlər qaldırılır, sonra azalır, həll olunur. Biz - siyasətçilər bu məsələləri müzakirə edib həll etmək üçün buradayıq”, - o bildirib.

Spiker Ermənistanın Avropa İttifaqına üzv olanadək Avrasiya İqtisadi Birliyində qalmasına Rusiyanın yanaşmasına dair sualı belə şərh edib:

“Qulaq asın, əgər anlayışla yanaşmasalar, bu barədə danışarıq. Hazırda faktiki olaraq, xeyli müddətdir bunu uzlaşdırmağa çalışırıq. O vaxt isə Serj Sərkisyan Avropa İttifaqı ilə assosiasiya sazişi üzrə iki-üç il danışıqlar apardı, bir gecədə hər şey dəyişdi, Gömrük İttifaqına daxil oldu. Hər iki tərəfi müəyyən mərhələdə birləşdirməyə çalışdı, elə deyilmi? Həmçinin müəyyən sənədlər imzalandı, müəyyən həll yolları tapıldı. Belə təcrübələr çox olub”.

Nikol Paşinyan hökumətinin də bir gecədə mövqeyinin dəyişib-dəyişməyəcəyi sualı veriləndə Alen Simonyan bu cavabı verib:

“Serj Sərkisyanla Nikol Paşinyan arasındakı fərqi görmürsünüz? Robert Köçəryanla Nikol Paşinyan arasındakı fərqi hiss etmirsiniz? Məsələn, Nikol Paşinyan olmasaydı, indi sizin əksəriyyətiniz “inoagent” (xarici agent) idiniz”.

Jurnalistlər etiraz etdikdə isə parlament sədri brifinqi yarımçıq kəsərək uzaqlaşıb. teleqraf.com

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar