Sizin Reklam Burada
Xəbər lenti
08-05-2026
BÜTÜN XƏBƏRLƏR

Əlcəzairdə Roma Papasının səfəri zamanı iki kamikadze özünü partlatdı

Tarix: 14-04-2026 16:12     Baxış: 462 A- / A+
Əlcəzairdə Roma Papasının səfəri zamanı iki kamikadze özünü partlatdı
Əlcəzairdə kamikadze hücumu baş verib. Terrorçular paytaxtdan bir neçə on kilometr aralıda yerləşən Blida şəhərinin mərkəzi polis bölməsinin yaxınlığında özlərini partladıb. 

Manevr.az
-ın məlumatına görə, qaynarinfo "APAnews” agentliyinə və Mərakeşin "Hespress” nəşrinə istinadən xəbər verir ki, azı bir polis əməkdaşı yaralanıb. Hadisə Roma Papası XIV Levin ölkəyə səfəri ilə üst-üstə düşüb.

Terror aktı dünən baş verib. Məlumata əsasən, iki kamikadze polis bölməsinə yaxınlaşmadan əvvəl "şəhid kəmərləri”ni işə salıblar. Növbətçi polis onları görüb və terrorçular ehtimal ki, vaxtından əvvəl partlayışı həyata keçiriblər.

Fransız diplomatik dairələrində hadisənin pontifikin səfəri ilə bağlı olduğuna şübhə edilmir. "Terrorçular "kafirlərin lideri"nin qəbuluna görə Əlcəzairi cəzalandırmaq istəyirdilər. Bu, həm də Papanı islam torpaqlarında qəbul etməyə cəsarət edən Əlcəzair prezidenti Əbdülməcid Tebbuna mesajdır", deyə Fransanın "Le Monde" qəzeti mənbəyə istinadən yazıb.

Hadisədən sonrakı bir neçə saat ərzində Əlcəzair hökumətinin terror aktı barədə məlumatı gizlətdiyi bildirilir. Fransız mətbuatına görə, pontifiki müşayiət edən şəxslər hadisədən gec xəbər tutub, Vatikanın rəsmi nümayəndələri isə şərh verməkdən imtina ediblər.

Pontifikin səfər proqramı hadisəyə baxmayaraq dəyişməyib. O, moizəsində Əlcəzair rəhbərliyini "canlı, dinamik və azad vətəndaş cəmiyyətinin formalaşmasına şərait yaratmağa” çağırıb, miqrant hüquqlarını müdafiə edib və ölkədə vətəndaş müharibəsi olan "Qara onillik”in faciəli hadisələrini xatırladıb.

Papa XIV Lev Əlcəzairə səfər edən ilk Roma Papası olub. Onun Afrika turnesi 23 aprelədək davam edəcək və Kamerun, Anqola və Ekvatorial Qvineyanı da əhatə edəcək./qaynarinfo


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar