Sizin Reklam Burada
Xəbər lenti
18-06-2026
16-06-2026
BÜTÜN XƏBƏRLƏR

İstanbuldakı İsrail konsulluğuna onlar hücum edib - Adlar məlum oldu

Tarix: 10-04-2026 22:26     Baxış: 481 A- / A+
Türkiyə xüsusi xidmət orqanları İsrailin İstanbuldakı Baş Konsulluğu yaxınlığında baş verən silahlı insidentlə bağlı məlumat yayıb.Belə ki, hücumda iştirak edən şəxslərin kimliyi müəyyən edilib.

Türkiyə mediasının məlumatına görə, hadisəni törədənlər Yunus Emre Şarban, eləcə də Onur və Enes Çelik qardaşları olub. Dəqiqləşdirilmiş məlumata əsasən, atışma zamanı Çelik qardaşları yaralanaraq polis tərəfindən saxlanılıb, Şarban isə təhlükəsizlik qüvvələri tərəfindən zərərsizləşdirilib.

Araşdırmalar zamanı məlum olub ki, Şarban hələ 2018-ci ildə İŞİD-lə əlaqələrə görə istintaqa cəlb edilib və qruplaşmanın maliyyələşdirilməsində şübhəli bilinib. Həmin dövrdə onun avtomobilində aparılan axtarış zamanı təbliğat materialları və hərbi təyinatlı avadanlıqlar aşkarlanıb. Telefonunda isə İŞİD üzvü ilə yazışmalar tapılıb. Yazışmalarda silah əldə edilməsi və partlayıcı qurğu ilə hücum planları müzakirə olunub. Buna baxmayaraq, məhkəmə onu bəraətlə buraxıb və yalnız müvəqqəti olaraq bank hesabları üzərində məhdudiyyət tətbiq edilib.

Hadisə ilə bağlı ümumilikdə daha 11 nəfər saxlanılıb. Onların arasında Şarban və Çelik qardaşlarının yaxınları da var. Bu şəxslər hücum planından xəbərdar olub hüquq-mühafizə orqanlarına məlumat verməməkdə şübhəli bilinir.

İnsidentdən sonra Türkiyə üzrə 34 vilayətdə genişmiqyaslı əməliyyatlar keçirilib. Rəsmi məlumatlara görə, İŞİD-lə əlaqədə şübhəli bilinən 200-dən çox şəxs saxlanılıb. publika.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar