Sizin Reklam Burada
Xəbər lenti
08-05-2026
BÜTÜN XƏBƏRLƏR

İranda onlarla azərbaycanlının həbs edilməsi hiddət doğurdu...

Tarix: 10-04-2026 08:55     Baxış: 365 A- / A+
Son günlər Ərdəbil və Qərbi Azərbaycan vilayətlərində vətəndaşların kütləvi saxlanılması ilə bağlı məlumatlar yayılıb. Ağır təhlükəsizlik ittihamları ilə müşayiət olunan bu saxlanmalar geniş narahatlıq və hiddət doğurub.
 
Bu haqda Güney Azərbaycan Demokratik Türk Birliyinin veb-saytı məlumat yayıb.
 
Yayılan məlumatlara görə, Ərdəbildə məhkəmə orqanları ən azı 36 nəfərin “vətənə xəyanət”, “rejim əleyhinə təbliğat” və “ölkənin təhlükəsizliyinə qarşı fəaliyyət” kimi ittihamlarla saxlanıldığını açıqlayıb. Eyni zamanda digər mənbələr Qərbi Azərbaycan vilayətində 17 nəfərin “xarici dövlətlərlə əməkdaşlıq” ittihamı ilə saxlanıldığını bildirir.
 
Məlumata görə, saxlanılan şəxslərdən bəziləri hərbi və təhlükəsizlik mərkəzləri ilə bağlı məlumatları xarici qurumlara ötürməkdə ittiham olunurlar. Həmçinin sosial şəbəkələrdə fəaliyyət göstərmək, müəyyən məzmun paylaşmaq və ya xaricdə fəaliyyət göstərən media qurumları ilə əlaqə saxlamaq da bu ittihamların tərkib hissəsi kimi təqdim oluna bilər.
 
Bununla belə, xəbərin hazırlandığı vaxta qədər saxlanılan şəxslərin çoxunun kimliyi, işlərin detalları, saxlanılma şəraiti və harada saxlanıldıqları barədə rəsmi və şəffaf məlumat açıqlanmayıb. Hüquq müdafiəçiləri bildirirlər ki, bu cür qeyri-müəyyənlik saxlanılan şəxslərin vəkilə çıxış, ədalətli məhkəmə və ailələri ilə əlaqə kimi əsas hüquqlarının təmin olunması ilə bağlı narahatlıqları daha da artırır. moderator.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar