Sizin Reklam Burada
Xəbər lenti
21-09-2026
BÜTÜN XƏBƏRLƏR

Melaniya Trampdan Epşteynlə bağlı açıqlama...

Tarix: 10-04-2026 08:33     Baxış: 3121 A- / A+
ABŞ-ın birinci xanımı Melaniya Tramp maliyyəçi Ceffri Epşteynlə hər hansı əlaqəsinin olduğunu təkzib edib və Konqresi cinsi istismar qurbanları üçün ictimai dinləmələr keçirməyə çağırıb.

Bu barədə M.Tramp Ağ Evdə açıqlamasında deyib.

Birinci xanım onun ortağı Qileyn Maksvell ilə də heç bir əlaqəsi olmadığını vurğulayıb.

O iddia edib ki, o dövrdə sosial çevrələrdə adi hal olduğundan onlarla Nyu-Yorkda və ya Palm Biçdə ictimai tədbirlərdə təsadüfən qarşılaşıb:

"Mən heç vaxt Epşteynlə dost olmamışam”.

Qeyd edək ki, “Epşteyn işi” amerikalı maliyyəçi Ceffri Epşteynin yetkinlik yaşına çatmayan qızları cinsi istismara məruz qoyma, seks-trafinq və yüksək vəzifəli şəxsləri də əhatə edən şəbəkə qurma ittihamları ilə bağlı beynəlxalq qalmaqaldır. 2019-cu ildə həbs edildikdən sonra kamerada ölən Epşteynin işi, sənədlərin (2024-2026) açılması ilə rezonans doğurur. axar.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar