Sizin Reklam Burada
Xəbər lenti
16-04-2026
15-04-2026
BÜTÜN XƏBƏRLƏR

Sudanda toy mərasiminə dron hücumu: 40-dan çox insan həlak oldu

Tarix: 10-04-2026 08:17     Baxış: 460 A- / A+
Sudanda toy mərasiminə dron hücumu: 40-dan çox insan həlak oldu
Sudanın Şimali Darfur ştatında toy mərasiminin keçirildiyi əraziyə pilotsuz uçuş aparatının zərbəsi nəticəsində 40-dan çox insan həlak olub.

"Sudan Tribune" xəbər verir ki, ölənlər arasında "Sürətli reaksiya qüvvələri"nin (SRQ) üzvləri də var.

Hadisə artıq təxminən üç ildir SRQ-nin nəzarətində olan və mütəmadi olaraq dron hücumlarına məruz qalan Kutum şəhərində baş verib.

Zərbə nəticəsində azı 40 nəfər ölüb, 100-dən çox insan yaralanıb, onlarla ev dağılıb. SRQ hücuma görə məsuliyyəti Sudan ordusunun üzərinə qoyub.

Qeyd olunur ki, son üç ayda Sudanda mülki obyektlərə dron hücumları nəticəsində təxminən 500 nəfər həlak olub.

Xatırladaq ki, Sudanda vəziyyət 2023-cü ilin aprelində ordu komandanı Əbdülfəttah əl-Burhan ilə SRQ rəhbəri Məhəmməd Həmdan Daqalo arasında fikir ayrılıqları səbəbindən kəskinləşib. Münaqişə nəticəsində, ekspertlərin qiymətləndirməsinə görə, azı 40 min insan həlak olub, təxminən 14 milyon nəfər isə evlərini tərk edib. azxeber.com

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar