Sizin Reklam Burada
Xəbər lenti
08-05-2026
BÜTÜN XƏBƏRLƏR

Dünyada ərzaq qiyməti ucuzlaşır

Tarix: 08-04-2026 19:07     Baxış: 356 A- / A+
Dünyada ərzaq qiyməti ucuzlaşır
Dünyada ərzaq qiymətləri bu ilin yanvar ayında dekabr ayına nisbətən ümumilikdə 0.4 faiz enib. 
Manevr.az xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının Kənd Təsərrüfatı Təşkilatı (FAO) tərəfindən açıqlanan Ərzaq Qiymətləri İndeksi 2026-cı ilin yanvar ayında süd məhsulları, ət və şəkər qiymətlərinin azalması səbəbindən ardıcıl beşinci ay davamlı şəkildə düşüb. FAO Ərzaq Qiymətləri İndeksi 2026-cı ilin yanvar ayında orta hesabla 123,9 bənd təşkil edib ki, bu da dekabr ayı ilə müqayisədə 0,5 bənd (0,4 faiz) azdır. Süd məhsulları, ət və şəkər üzrə qiymət indekslərində azalma taxıl və bitki yağları üzrə artımları üstələyərək indeksin ardıcıl beşinci aylıq azalmasını təmin edib.
Ölkəmizdə son 5 ayda ətin qiymətində 1 manat, süd 0.30 manat, şəkər tozu 10-15 qəpik artıb olub. Satıcılar da qiymət artımını təsdiqləyirlər. 
Məsələ ilə bağlı iqtisadçı Eyyub Kərimlinin sözlərinə görə, Azərbaycanda bəzi ərzaq məhsulları xaricdən gətirildiyindən dünyada qiymətlər düşsə belə bizdə ucuzlaşma hiss olunmur:
"Bəzi hallarda bu müqavilələr daha uzun müddətli bağlandığından xarici məhsulların qiymətində ucuzlaşma baş verəndə bu daha sürətli ölkə daxili qiymətlərə təsir etmir. Buna səbəb anbarlarda, stoklarda həmin malların daha baha qiymətə toplanması ilə bağlıdır. Bəzi hallarda loqistika və nəqliyyat xərclərinin artması məhsullara da öz təsirini göstərir". 
Ekspert qeyd edib ki, ölkəmizdə ərzaq məhsulları idxaldan asılıdır. Xaricdən baha vaxt alınıb anbara qoyulan məhsullar ucuzlaşmır. Ona görə dünyada qiymətlər ucuzlaşsa belə, biz də bu hal gecikir və ya bəzi hallarda ucuzlaşma olmur. 


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar