Sizin Reklam Burada
Xəbər lenti
16-04-2026
15-04-2026
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanlı bloqer Moskvada mənzillərini peçenyeyə satıb

Tarix: 07-04-2026 21:42     Baxış: 462 A- / A+
Rusiyada fəaliyyət göstərən azərbaycanlı bloqer Hüseyn Həsənovun məhkəmə prosesində ittiham tərəfini təmsil edən şahid ifadə verib. O, ifadəsində qeyd edib ki, bloqer ona Moskvadakı mənzilini saxta yolla peçenye qarşılığında satıb.

Bu barədə "RIA Novosti" agentliyi məlumat yayıb.

Şahidin məhkəmədəki bəyanatına əsasən, Həsənov sözügedən daşınmaz əmlakı onun adına rəsmiləşdirməyi təklif edib. Həmin şəxs əvvəlcə bu təklifdən dəfələrlə boyun qaçırmağa cəhd göstərsə də, bloqer dövlət qarşısında heç bir maliyyə öhdəliyinin olmadığını təsdiqləyən sənədləri təqdim edib. Mənzilin pulu bank seyfi vasitəsilə həyata keçirilib, lakin şahid oraya real vəsait deyil, peçenye yerləşdirib.

Alqı-satqı müqaviləsində əmlakın dəyəri 60 milyon rubl (təqribən 1.2 milyon manat) kimi qeyd edilib. Bu hüquqi əməliyyat zamanı bloqerin qardaşı Ənvər Həsənov səlahiyyətli agent qismində iştirak edib.

Qeyd edək ki, bu ilin fevralında prokurorluq qeyri-qanuni yollarla qazanılmış vəsaitlərin leqallaşdırılmasında təqsirləndirilən H.Həsənov barəsində ittiham aktını təsdiq edib. Onun haqqında qiyabi həbs qərarı çıxarılıb və axtarışa verilib. oxu.az

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar