Sizin Reklam Burada
Xəbər lenti
04-08-2026
03-08-2026
BÜTÜN XƏBƏRLƏR

İran müharibəni bitirmək üçün bunu İSTƏYİR

Tarix: 07-04-2026 11:11     Baxış: 3114 A- / A+


İran müharibəyə son qoymaq məqsədilə hazırladığı 10 bənddən ibarət planı Pakistan vasitəçiləri ilə ABŞ-yə təqdim edib.
Manevr.az xəbər verir ki, bu barədə "The New York Times" qəzeti məlumat yayıb.
Nəşrin məlumatına görə, rəsmi Tehran hücum edilməməsi barədə zəmanət, sanksiyaların tamamilə ləğvini və regiondakı müttəfiq qruplaşmalara qarşı zərbələrin dayandırılmasını tələb edir.
Şərtlər arasında dağıdılmış infrastrukturun bərpası üçün təzminat ödənilməsi də yer alıb.
Bunun müqabilində İran Hörmüz boğazını gəmilərin keçidi üçün açmağa hazır olduğunu bildirib. Lakin təklifdə hər bir gəminin keçidi üçün təxminən 2 milyon dollar rüsum ödənilməsi qeyd olunub.
İddia edilir ki, toplanan vəsaitin bir hissəsinin infrastrukturun bərpasına yönəldilməsi planlaşdırılır.
ABŞ prezidenti Donald Tramp artıq sözügedən təşəbbüsə münasibət bildirərək, bunu qeyri-kafi adlandırıb.
"Bu, əhəmiyyətli təklifdir, mühüm addımdır. Lakin kifayət qədər yaxşı deyil", - deyə Tramp bəyan edib.
Xatırladaq ki, bir müddət əvvəl ABŞ İrana özünün 15 maddəlik planını təqdim edib. Tehran isə həmin təklifləri "həddindən artıq, qeyri-adi və məntiqsiz" adlandıraraq rədd edib.mili.az

Manevr.az


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar