Sizin Reklam Burada
Xəbər lenti
16-04-2026
15-04-2026
BÜTÜN XƏBƏRLƏR

Türkiyə–Ermənistan sərhədi açılır

Tarix: 06-04-2026 20:38     Baxış: 359 A- / A+
Türkiyə və Ermənistan arasında onillərlə bağlı qalan sərhədlə bağlı yeni gəlişmə var.

“Deutsche Welle”nin məlumatına görə, Türkiyə ilə Ermənistan arasında uzun illərdir bağlı olan sərhəd yaxın aylarda açıla bilər.

Məlumata əsasən, Alican-Akyaka sərhəd-keçid məntəqələrinin fəaliyyətə başlaması üçün Ermənistan tərəfi hazırlıqları artıq tamamlayıb, Türkiyə isə son mərhələdədir. Qeyd olunur ki, sərhəd 1993-cü ildən bağlıdır və bu addım iki ölkə arasında münasibətlərdə ciddi dönüş nöqtəsi ola bilər.

Məlumata görə, Ermənistan Türkiyənin şərq vilayətləri ilə də sərhədin açılmasına böyük ümidlər bəsləyir. 


Sərhədin açılması Ermənistanın baş naziri Nikol Paşinyan üçün mühüm siyasi üstünlük hesab olunur. Əgər bu proses parlament seçkilərindən (iyun) əvvəl baş tutsa, bu, onun mövqelərini gücləndirə bilər.

Hazırda iki ölkə arasında ticarət Gürcüstan üzərindən həyata keçirilir və illik dövriyyə 300–350 milyon dollar civarındadır. Türkiyə-Ermənistan İş Şurasının rəhbəri Kaan Soyak hesab edir ki, birbaşa əlaqə qurulacağı təqdirdə bu rəqəm 1 milyard dollara qədər arta bilər. musavat.com 


Manevr.az 


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar