Sizin Reklam Burada
Xəbər lenti
08-05-2026
BÜTÜN XƏBƏRLƏR

Əraqçi bombardman olunan nüvə obyektlərinin siyahısını açıqladı

Tarix: 05-04-2026 09:07     Baxış: 391 A- / A+
Əraqçi bombardman olunan nüvə obyektlərinin siyahısını açıqladı
İranın Buşehr nüvə elektrik stansiyasına hücumlar regionu ciddi radioaktiv çirklənmə təhlükəsi qarşısında qoyur.
Manevr.az xəbər verir ki, bu, İranın xarici işlər naziri Abbas Əraqçinin BMT-nin Baş katibi Antonio Quterreş, Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) baş direktoru Rafael Qrossi və təşkilatın Təhlükəsizlik Şurasına (TŞ) ünvanladığı məktubda qeyd olunub.

"Buşehr nüvə elektrik stansiyasına qarşı davam edən hücumlar regionu ciddi radioaktiv çirklənmə təhlükəsi qarşısında qoyur və bu addım cavabsız qalmamalıdır" o bildirib və əlavə edib ki, İranın dinc məqsədlərlə fəaliyyət göstərən nüvə obyektləri bombardman olunub:

"1 martda Natanz nüvə obyekti iki dəfə hücuma məruz qalıb. 17 martda Buşehr nüvə stansiyasından cəmi 350 metr aralıda yerləşən bir tikiliyə hücum edilib. 21 martda Natanz nüvə obyektinin bir neçə nöqtəsi bombardman olunub. 24 martda Buşehr nüvə stansiyasının ətrafına bir mərmi düşüb. 27 martda Buşehr nüvə stansiyası üçüncü dəfə hücuma məruz qalıb. 27 martda Xondabdakı ağır su istehsalı zavoduna zərbələr endirilib. Həmin gün uran emalı obyekti də atəşə tutulub. Buşehr nüvə stansiyasına təkrar hücumlar İranı narahat edir. Bu hücumların aktiv nüvə obyektinə yaxınlığı ciddi radioloji yayılma təhlükəsi yaradır"."Report"




Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar