Sizin Reklam Burada
Xəbər lenti
16-04-2026
15-04-2026
BÜTÜN XƏBƏRLƏR

Kadırov özünə yeni varis seçib?

Tarix: 01-04-2026 20:01     Baxış: 357 A- / A+
kadirov-ozune-yeni-varis-secib
Çeçenistan rəhbəri Ramzan Kadırov böyük oğlu Axmatı varisi kimi nəzərdən keçirməyə başlayıb.

Bu iddia ilə “Novaya qazeta - Avropa” nəşri çıxış edib.

Nəşrin bu qərara gəlməsinə səbəb Ramzan Kadırovun mart ayı ərzində etdiyi paylaşımlarda yanında əvvəlki kimi kiçik oğlu Adam deyil, məhz Axmatın görünməsidir. Bundan başqa, daha əvvəl Kadırovun varisi kimi qiymətləndirilən Adamın yerli mətbuatda getdikcə daha az görünməsi diqqətlərdən yayınmayıb.  

Kadırova yaxın mənbələrdən birinin sözlərinə görə, yeni varis hesab olunan Axmat cəmiyyət qarşısında çıxış etməkdən çəkinir, lakin zehni inkişaf baxımından qardaşlarını üstələyir.

“Axmat əla şahmat oynayır, çox yaxşı yaddaşı var, pis təhsil almayıb və Kadırovun oğulları arasında məktəbi öz gücü ilə bitirmiş yeganə şəxsdir”, - mənbə nəşrə bildirib. 

Bildirilir ki, Adamın gələcək varis rolunu itirməsi onun olduğu kortejin bu ilin yanvar ayında Qroznıda qəza törətməsidir. 

Qeyd edək ki, 21 yaşlı Axmat Çeçenistanın hökumət rəhbərinin müavini, həmçinin respublikanın bədən tərbiyəsi və idman naziridir. 18 yaşlı Adam Çeçenistan Respublikasının Qəhrəmanı adına, eləcə də babası Axmat Kadırov adına ordenə sahibdir. Bununla yanaşı, o, Çeçenistanın Təhlükəsizlik Şurasının katibi vəzifəsini tutur. qafqazinfo

Manevr.az 





Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar