Xəbər lenti
Tarixdə ən bahalı şərab şüşəsi rekord qiymətə satıldı

945-ci ilə aid əfsanəvi Domaine de la Romanée-Conti şərabının bir şüşəsi heyrətamiz qiymətə - 812 500 dollara satılıb. Rekord hərrac ABŞ-ın ən qədim şərab ticarətçisi və dünyanın ən böyük şərab hərrac evi olan Acker tərəfindən təşkil edilən illik La Paulée tədbirində baş tutub.
Manevr.az xəbər verir ki, bu satış 2018-ci ildə müəyyən edilmiş əvvəlki dünya rekordunu geridə qoyub - həmin vaxt oxşar bir şüşə 558 000 dollara satılmışdı. Beləliklə, qiymət demək olar ki, 50 faiz artıb. Bildiriblər ki, bu satış 1945-ci il vintajını “kolleksiya tarixində ən arzu olunan şərab” kimi möhkəmləndirib.
Alıcının kimliyi açıqlanmayıb, lakin məlumdur ki, şüşə Burqundiyanın ən nüfuzlu şərabçılarından biri olan və təxminən 50 il Maison Joseph Drouhin evinə rəhbərlik etmiş Robert Drouhin-in şəxsi zirzəmisindən olub.
Bu şərabın unikallığı yalnız yaşı və mənşəyi ilə məhdudlaşmır. Bu, Romanée-Conti üzüm bağında hər iki dünya müharibəsini keçmiş ən qədim üzümlərin yenidən əkilməsindən əvvəl istehsal edilmiş son vintajdır.
Üzüm bağı yalnız qırmızı şərablar istehsal edir və əsasən Pinot Noir sortundan istifadə olunur. Burada ildə cəmi 5–6 min şüşə istehsal edilir, lakin 1945-ci ilin məhsulundan təxminən yalnız 600 şüşə hazırlanıb - bu da onun kolleksiya dəyərini izah edir.
Bundan əlavə, bu şərab “filloksera öncəsi” kateqoriyasına aiddir: üzüm, Avropada XIX əsrin sonlarında üzüm bağlarının böyük hissəsini məhv edən Phylloxera zərərvericisinə davamlı olmayan üzümlərdən yığılıb.
Ekspertlər vurğulayırlar ki, bu şərab “bənzərsiz” dərinliyə və mürəkkəb dada malikdir və haqlı olaraq sadəcə içki deyil, əsl tarixi xəzinə hesab olunur.lent.az
Alıcının kimliyi açıqlanmayıb, lakin məlumdur ki, şüşə Burqundiyanın ən nüfuzlu şərabçılarından biri olan və təxminən 50 il Maison Joseph Drouhin evinə rəhbərlik etmiş Robert Drouhin-in şəxsi zirzəmisindən olub.
Üzüm bağı yalnız qırmızı şərablar istehsal edir və əsasən Pinot Noir sortundan istifadə olunur. Burada ildə cəmi 5–6 min şüşə istehsal edilir, lakin 1945-ci ilin məhsulundan təxminən yalnız 600 şüşə hazırlanıb - bu da onun kolleksiya dəyərini izah edir.
Bundan əlavə, bu şərab “filloksera öncəsi” kateqoriyasına aiddir: üzüm, Avropada XIX əsrin sonlarında üzüm bağlarının böyük hissəsini məhv edən Phylloxera zərərvericisinə davamlı olmayan üzümlərdən yığılıb.
Ekspertlər vurğulayırlar ki, bu şərab “bənzərsiz” dərinliyə və mürəkkəb dada malikdir və haqlı olaraq sadəcə içki deyil, əsl tarixi xəzinə hesab olunur.lent.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
İlqar İlkin
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar































