Sizin Reklam Burada
Xəbər lenti
08-05-2026
BÜTÜN XƏBƏRLƏR

Tarixdə ən bahalı şərab şüşəsi rekord qiymətə satıldı

Tarix: 01-04-2026 13:59     Baxış: 469 A- / A+
Tarixdə ən bahalı şərab şüşəsi rekord qiymətə  satıldı
945-ci ilə aid əfsanəvi Domaine de la Romanée-Conti şərabının bir şüşəsi heyrətamiz qiymətə - 812 500 dollara satılıb. Rekord hərrac ABŞ-ın ən qədim şərab ticarətçisi və dünyanın ən böyük şərab hərrac evi olan Acker tərəfindən təşkil edilən illik La Paulée tədbirində baş tutub.
Manevr.az xəbər verir ki, bu satış 2018-ci ildə müəyyən edilmiş əvvəlki dünya rekordunu geridə qoyub - həmin vaxt oxşar bir şüşə 558 000 dollara satılmışdı. Beləliklə, qiymət demək olar ki, 50 faiz artıb. Bildiriblər ki, bu satış 1945-ci il vintajını “kolleksiya tarixində ən arzu olunan şərab” kimi möhkəmləndirib.
Alıcının kimliyi açıqlanmayıb, lakin məlumdur ki, şüşə Burqundiyanın ən nüfuzlu şərabçılarından biri olan və təxminən 50 il Maison Joseph Drouhin evinə rəhbərlik etmiş Robert Drouhin-in şəxsi zirzəmisindən olub.

Bu şərabın unikallığı yalnız yaşı və mənşəyi ilə məhdudlaşmır. Bu, Romanée-Conti üzüm bağında hər iki dünya müharibəsini keçmiş ən qədim üzümlərin yenidən əkilməsindən əvvəl istehsal edilmiş son vintajdır.
Üzüm bağı yalnız qırmızı şərablar istehsal edir və əsasən Pinot Noir sortundan istifadə olunur. Burada ildə cəmi 5–6 min şüşə istehsal edilir, lakin 1945-ci ilin məhsulundan təxminən yalnız 600 şüşə hazırlanıb - bu da onun kolleksiya dəyərini izah edir.
Bundan əlavə, bu şərab “filloksera öncəsi” kateqoriyasına aiddir: üzüm, Avropada XIX əsrin sonlarında üzüm bağlarının böyük hissəsini məhv edən Phylloxera zərərvericisinə davamlı olmayan üzümlərdən yığılıb.
Ekspertlər vurğulayırlar ki, bu şərab “bənzərsiz” dərinliyə və mürəkkəb dada malikdir və haqlı olaraq sadəcə içki deyil, əsl tarixi xəzinə hesab olunur.lent.az



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar