Sizin Reklam Burada
Xəbər lenti
16-04-2026
15-04-2026
BÜTÜN XƏBƏRLƏR

İranın hədəf obyektləri məlum oldu

Tarix: 31-03-2026 16:08     Baxış: 456 A- / A+
V

İran ordusu İsraildə bir sıra strateji infrastruktur obyektlərinin hədəf alındığını açıqlayıb.

Manevr.az xəbər verir ki, məlumata əsasən, müxtəlif döyüş PUA-larından istifadə etməklə Nof HaGalil sənaye zonası və Təl-Əvivdə yerləşən bəzi mühüm müəssisələrə zərbələr endirilib. Hücumların əsas hədəfləri arasında "Elbit Systems" və "Kanfit" kimi müdafiə və sənaye obyektləri yer alıb.

Bildirilib ki, "Elbit Systems" elektron müharibə texnologiyaları, pilotsuz uçuş aparatları, kəşfiyyat sistemləri və radar avadanlıqlarının istehsalı ilə məşğul olan əsas hərbi sənaye mərkəzlərindən biridir və İsrailin silah ixracında mühüm rol oynayır. "Kanfit" isə aerokosmik sahədə fəaliyyət göstərərək təyyarə və helikopterlər üçün müxtəlif konstruksiyaların hazırlanması və istehsalı ilə tanınır.

Digər tərəfdən, İran Qızıl Aypara Cəmiyyəti ABŞ və İsrailin hücumları nəticəsində ölkə ərazisində dəyən ziyanla bağlı statistik məlumatlar yayıb. Açıqlamaya görə, ümumilikdə 105 mindən çox mülki obyektə, o cümlədən 83 mindən artıq yaşayış binasına zərər dəyib. Paytaxt Tehranda isə on minlərlə yaşayış və kommersiya obyektinin zədələndiyi bildirilir.

Eyni zamanda, hücumlar nəticəsində 297 tibb müəssisəsi, 600 məktəb, 18 Qızıl Aypara mərkəzi, 48 təcili tibbi yardım avtomobili və 3 helikopterin də zərər gördüyü qeyd olunub.


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar