Xəbər lenti
WSJ: Tramp bunun üçün İranda quru əməliyyatını hazırlaşır

ABŞ İran daxilində qısa müddətli quru əməliyyyatı həyata keçirməyi planlaşdırır.
Manevr.az xəbər verir ki, bu barədə "The Wall Street Journal" (WSJ) yazıb.
Nəşrin yazdığına görə, bu hərbi əməiyyatın məqsədi İrandakı təxminən 450 kq zənginləşdiirlmiş uran ölkədən çıxarılmasıdır.
ABŞ hərbi qüvvələrinin nəzərdə tutulan missiyanı həyata keçirmək üçün İran daxilində ən azı bir neçə gün olmasını tələb edə bilər.
Nəşrin mənbələrinə görə, Donald Tramp hələlik yekun qərar verməyib. Başqa bir mənbə bildirib ki, Amerika prezidenti həmçinin müşavirlərini müharibəni bitirmək üçün İrandan materialı təhvil verməyi tələb etməyə çağırıb. Müttəfiqləri ilə söhbətlərində o, iranlıların istənilən halda uranı təhvil verməyə məcbur ediləcəyini açıq şəkildə bildirib.
ABŞ və İsrailin 2025-ci ilin iyun ayında hava hücumlarından əvvəl İranın 60%-ə qədər zənginləşdirilmiş 400 kq-dan çox uran və asanlıqla silah dərəcəli (90%) çevrilə bilən təxminən 200 kq 20%-ə qədər zənginləşdirilmiş materiala sahib olduğuna inanılırdı. MAQATE-nin baş direktoru Rafael Qrossi uranın əsasən iki yerdə İsfahanda yeraltı tuneldə və Nətənzdə saxlandığına inanır.
ABŞ prezidenti və müttəfiqləri gizli şəkildə materialların çıxarılmasının müharibəni uzatmayacaq və aprelin ortalarına qədər hərbi əməliyyatların bitməsinə imkan verəcək hədəflənmiş əməliyyatın bir hissəsi kimi mümkün olduğu fikrini bildiriblər.ölkə.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər


Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar

































