Xəbər lenti
Trampın oğlu ilə danışan sevgilisini döydü, həbs olundu
London məhkəməsi 23 yaşlı Rusiya vətəndaşı Matvey Rumyantsevi qadına hücum edərək bədən xəsarətləri yetirdiyinə görə dörd il azadlıqdan məhrum edib.Onun saxlanılması isə kifayət qədər tez baş tutub. Buna ABŞ-ın keçmiş prezidenti Donald Trampın kiçik oğlu Berronun polisə zəngi kömək edib. O, zərərçəkən qadının tanışı olub.
İstintaq müəyyən edib ki, zərərçəkən London sakini, Rumyantsevin tanışı bir müddət sonra sosial şəbəkələrdə Berron Tramp ilə tanış olub və onunla mütəmadi telefon əlaqəsi saxlayıb. Rumyantsev qadını qısqanmağa başlayıb. 2025-ci ilin yanvar ayında, qadın ABŞ-da olan Berronla videozəng zamanı danışarkən, sərxoş vəziyyətdə olan Rumyantsev evə daxil olaraq onu döyməyə və boğmağa başlayıb. Zəng kəsilmədiyi üçün Trampın oğlu baş verənləri eşidib, London polisinə zəng edərək kömək istəyib. Polis qısa müddətdə hadisə yerinə gəlib və Rusiya vətəndaşını saxlayıb.

Matvey Rumyantsev
2026-cı ilin yanvarında məhkəmə Rumyantsevi fiziki zorakılıqla hücum etməkdə təqsirli bilib. Məhkəmə həmçinin qeyd edib ki, Rumyantsev istintaq təcridxanasından zərərçəkənə hədələyici məktub göndərərək ondan ittihamları geri götürməyi tələb edib. Hökm oxunarkən hakim onu “qısqanclığa meyilli”, “empatiyası və anlayışı olmayan insan” kimi xarakterizə edib. Berron Tramp məhkəmə iclaslarında iştirak etməyib, lakin hakim onun hərəkətlərini “doğru və məsuliyyətli” kimi qiymətləndirib. lent.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
İlqar İlkin
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar































