Sizin Reklam Burada
Xəbər lenti
16-04-2026
15-04-2026
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanlı ilə sevgili olan erməni konsul haqda QƏRAR verildi

Tarix: 27-03-2026 17:39     Baxış: 340 A- / A+
İrəvan Ümumi Yurisdiksiya Birinci İnstansiya Cinayət Məhkəməsi Ermənistan Xarici İşlər Nazirliyinin əməkdaşı Aşxen Aleksanyanın işi üzrə hökm çıxarıb.

Erməni mediasının xəbərinə görə, Aleksanyan bəraət alıb.

Bu barədə vəkil Abqar Poqosyan xəbər yazıb. O, Ermənistan Cinayət Məcəlləsinin 418-ci maddəsi (hüquqdan məhrum etmə: 15-20 il və ya ömürlük həbs) ilə dövlətə xəyanətdə ittiham olunurdu.

Erməni mediası bir müddət öncə Avstriyaya yeni təyin olunmuş konsul Aşxen Aleksanyanın İrəvana gələrkən həbs olunduğu barədə məlumat yaymışdı. İddiaya görə, Aşxen Aleksanyan azərbaycanlı ilə sevgili olub və ona bəzi məxfi məlumatlar ötürüb. .Aleksanyan “xarici dövlətin nümayəndəsinin dövlət sirri olan məlumatlarla tanış olmasına şərait yaratmaq və düşmənçilik fəaliyyətinin həyata keçirilməsinə köməklik göstərmək”lə təqsirləndirilib.

İddiaya görə, diplomatın üzərindən bəzi sənədlər tapılıb. Erməni qadın dindirilmə zamanı təkbaşına hərəkət etmədiyini söyləyib. Saxlanılma əməliyyatından sonra Ermənistan Milli Təhlükəsizlik Xidməti Xarici İşlər Nazirliyinin binasında genişmiqyaslı axtarışlar aparıb. Belə ki, o, Adəm adlı bir oğlanla tanış olub. Guya konsul onun azərbaycanlı olduğunu bilməyib. O özünü ABŞ-də doğulmuş və Avstriyada yaşayan yəhudi iş adamı kimi təqdim edib, ingilis və alman dillərində danışaraq ünsiyyət qurublar. Daha sonra o, məlumatları qarşı tərəfə ötürüb. Bu müddət ərzində Aşxen ayda 3500 avro nağd pul alıb.

Məhkəmənin bəraət qərarı isə iki cür izah oluna bilər: həm əvvəldən saxta ittiham irəli sürülüb, həm də sülh quruculuğunda İrəvan belə bir addım atmaq istəyib. Musavat.com

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar