Sizin Reklam Burada
Xəbər lenti
16-04-2026
15-04-2026
BÜTÜN XƏBƏRLƏR

Ukrayna Rusiyanın Baltikdəki ən böyük limanını da vurdu: Güclü yanğın başlayıb

Tarix: 25-03-2026 10:08     Baxış: 369 A- / A+


 
Ukrayna Rusiyanın ikinci böyük neft terminalına uğurlu dron zərbəsi endirib.
Manevr.az musavat.com xəbər verir ki, Leninqrad vilayətində ötən gecə həyata keçirilən dron hücumundan sonra Ust-Luqa limanında yanğın baş verib. Məlumatı regionun qubernatoru Aleksandr Drozdenko açıqlayıb.
İlkin itkilər barədə məlumat yoxdur. Rusiya tərəfi bölgədə ümumilikdə 33 dron məhv edildiyini açıqlayıb.
Ust-Luqa Baltik dənizində ən böyük və Rusiyada Novorossiyskdən sonra ikinci ən böyük limandır.
Federal Hava Nəqliyyatı Agentliyinin (Rosaviasiya) mətbuat xidmətinin məlumatına görə, 25 mart gecəsi Sankt-Peterburqun Pulkovo hava limanında uçuşlar məhdudlaşdırılıb. Ümumilikdə altı hava limanında məhdudiyyətlər tətbiq edilib.
Xatırladaq ki, martın 24-nə keçən gecə Ukrayna Rusiyanın Leninqrad vilayətində daha bir böyük terminalına - Primorska ağır zərbə endirib. Terminalda yanğın hələ də davam edir.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar