Sizin Reklam Burada
Xəbər lenti
09-05-2026
08-05-2026
BÜTÜN XƏBƏRLƏR

Çində 82 yaşlı kişi xəstəxanadakı həyat yoldaşını ziyarət etmək üçün hər gün 12 saat yol gedib

Tarix: 24-03-2026 08:41     Baxış: 382 A- / A+
Çində 82 yaşlı kişi xəstəxanada olan həyat yoldaşını ziyarət etmək üçün hər gün saatlarla yol qət edib.

"South China Morning Post" nəşri xəbər verir.

Bildirilir ki, 82 yaşlı Çen Açun və həyat yoldaşı Syue 50 ildən artıq evli olublar. Bir il əvvəl qadın insult keçirib, daha sonra isə ağır pnevmoniyaya yoluxub. O, Ninbo şəhərində yerləşən xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.

Oğullarının məşğul olması səbəbindən həyat yoldaşına qayğını tamamilə Çen öz üzərinə götürüb. O, hər gün səhər saat 04:30-da oyanır, yemək hazırlayır və bir neçə avtobus dəyişərək xəstəxanaya yollanırdı. Reanimasiyada ziyarət üçün ayrılan vaxt cəmi 30 dəqiqə - saat 10:30-dan 11:00-dək olsa da, kişi günortaya qədər xəstəxanada qalır, daha sonra evə qayıdırdı. Beləliklə, onun gündəlik yol xərci və vaxt itkisi ümumilikdə 12 saat təşkil edirdi.

Xərcləri azaltmaq üçün o, yeməyi özü ilə gətirirdi. Müalicə müddətində Çen təxminən 14 min dollar məbləğində bütün yığımlarını xərcləyib. Oğlu da tibbi xərcləri qarşılamaq üçün evini satıb.

Hadisə ictimaiyyətdə böyük rezonans doğurub. Xəstəxana ziyarət vaxtını artırıb, ictimai nəqliyyat ona pulsuz xidmət göstərib, vətəndaşlar isə 20 min dollardan çox ianə toplayıblar.

Syuenin vəziyyəti stabil qalsa da, bu il martın 13-də həkimlərin səylərinə baxmayaraq, qadının həyatını xilas etmək mümkün olmayıb. oxu.az

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar