Xəbər lenti
DİN rəhbəri siqaretə görə cərimələndi - Qırğızıstanda
Qırğızıstanın daxili işlər naziri Ulan Niyazbekov ictimai yerdə siqaret çəkdiyinə görə cərimələnib.Bu barədə nazirliyin Mətbuat xidməti məlumat yayıb.
"Instagram" sosial şəbəkəsində Niyazbekovun Bişkekdəki Toktobolot Abdumomunov adına Dram Teatrının yaxınlığında siqaret çəkdiyini əks etdirən görüntü yayımlanıb. Hadisənin Ramazan bayramı ("Uraza bayramı") namazı zamanı baş verdiyi bildirilir.
Nazirliyin dərc etdiyi protokola əsasən, qayda pozuntusuna görə nazir 3000 som (təxminən 59 AZN) cərimə ödəyib.
Qeyd edək ki, 2024-cü ildən başlayaraq Qırğızıstanda icazə verilən ərazilərdən kənarda siqaret çəkməyə görə cərimə 1000 somdan (19.44 AZN) 3000 soma 59 AZN) qədər artırılıb. qafqazinfo
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
İlqar İlkin
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar































