Sizin Reklam Burada
Xəbər lenti
18-06-2026
16-06-2026
BÜTÜN XƏBƏRLƏR

Ermənistan bu halda Azərbaycanla yeni müharibəyə başlaya bilər - Nazir

Tarix: 20-03-2026 20:49     Baxış: 3115 A- / A+
Ermənistan bu halda Azərbaycanla yeni müharibəyə başlaya bilər - NazirErmənistanın müdafiə naziri Suren Papikyan Baş nazir Nikol Paşinyanın iddiasını davam etdirərək, müxalifəti Azərbaycanla müharibəyə təhrik etməyə cəhddə günahlandırıb.

İrəvandakı brifinqdə nazirə müharibənin ilkin şərtləri və real təhdidləri barədə sual verilib. Jurnalistlər ondan “doğrudanml baş nazirin dediyi kimi, müxalifətin qalib gələcəyi təqdirdə, payızın əvvəlində yeni bir eskalasiya baş verə bilər?”,-deyə soruşublar.

Nazir Suren Papikyan jurnalistlərə bildirib ki, müxalifət qüvvələrinin təbliğ etdiyi “hekayələr” və onların davakar münasibəti yeni müharibənin birbaşa təhlükə deməkdir.

Xatırladaq ki, martın 19-da Ermənistanın Baş naziri Nikol Paşinyan da ölkəsindəki "müharibə tərəfdarları"ndan bəhs edib:

"Müharibə tərəfdarları hər keçən gün getdikcə daha çox aşkara çıxır. Onlar sülhə qarşı olmadıqlarını iddia edirlər, lakin hakimiyyətə gələcəkləri təqdirdə sülh müqavilələrini yenidən nəzərdən keçirəcəklərini deyirlə". 

Paşinyan deyib ki, sülhə qarşı olanların hakimiyyətə gəlişi qaçılmaz müharibə deməkdir, bu da seçkilərdən qısa müddət sonra, payızdan gec olmayaraq baş verə bilər.

Ermənistanda seçkilər bu il iyunun 7-də keçiriləcək. modern.az

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar