Sizin Reklam Burada
Xəbər lenti
16-04-2026
15-04-2026
BÜTÜN XƏBƏRLƏR

Bu ölkədə balıq yemək qadağan edildi

Tarix: 20-03-2026 20:01     Baxış: 367 A- / A+
Bu ölkədə balıq yemək qadağan edildiPapua-Yeni Qvineyanın Yeni İrlandiya bölgəsində minlərlə dəniz canlısının qısa müddətdə ölməsi ciddi narahatlıq yaradıb. Hadisədən sonra yerli hakimiyyət orqanları balıq istehlakını qadağan edib.

Cəmi beş gün ərzində 3000-dən çox balıq və digər dəniz canlısı tələf olub.

Mütəxəssislər ölü balıqlarda rəng dəyişiklikləri, gözlərin şişməsi və yaşılımtıl ət kimi qeyri-adi əlamətlərin müşahidə edildiyini bildirirlər.

Hadisə yalnız ekoloji deyil, həm də sağlamlıq böhranına səbəb olub. Bölgədə yaşayan ən azı 750 nəfərin balıq yedikdən və ya dəniz suyu ilə təmasdan sonra müxtəlif sağlamlıq problemləri ilə üzləşdiyi qeyd edilir. Sinə ağrısı, öskürək və dəri xəstəlikləri kimi simptomlar qeydə alınıb.

Papua-Yeni Qvineyanın balıqçılıq naziri Yelta Vonq əhaliyə müraciət edərək, balıq istehlakından müvəqqəti imtina etməyə çağırıb. Rəsmilər dəniz suyunda və balıqlarda mümkün kimyəvi çirklənmə ehtimalını araşdırır, lakin konkret səbəb hələ müəyyən edilməyib.

Hadisə bölgədə sosial-iqtisadi vəziyyəti də ağırlaşdırıb. Təxminən 1500 nəfərin yaşadığı kəndlərdə balıqçılıq əsas dolanışıq mənbəyi olduğundan, qadağa ərzaq çatışmazlığı və gəlir itkisinə səbəb olub. Xüsusilə uşaqlar arasında qida çatışmazlığı riski artıb.

Araşdırmalar zamanı dənizdə "qırmızı dalğa" kimi tanınan fenomenin müşahidə edildiyi bildirilir. Mütəxəssislər bunun zəhərli yosunların sürətlə çoxalması ilə bağlı ola biləcəyini ehtimal edir. qafqazinfo

Manevr.az 


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar