Sizin Reklam Burada
Xəbər lenti
11-05-2026
10-05-2026
BÜTÜN XƏBƏRLƏR

Şoyqu Ukraynadan Ural bölgəsi üçün birbaşa təhlükə olduğunu bildirib

Tarix: 17-03-2026 14:50     Baxış: 356 A- / A+


Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu


Rusiyanın Ural bölgəsi birbaşa təhlükə altındadır.
Manevr.az apa-ya istinadla xəbər verir ki, bu barədə Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu Ural Federal Dairəsində keçirdiyi müşavirədə bildirib.
O deyib ki, bu yaxınlara qədər Ukraynadan hava zərbələri endirilə bilməyən Ural indi birbaşa təhlükəli zonada yerləşir.
Şoyqunun sözlərinə görə, silahların, ilk növbədə pilotsuz sistemlərin inkişafı elədir ki, Rusiya Federasiyasının istənilən bölgəsi təhlükə altındadır.
O əlavə edib ki, 2025-ci ildə Ukraynanın Rusiya infrastrukturuna hava hücumları demək olar dörd dəfə artıb: “Ukrayna Rusiyada təxribat və terror hücumlarına cəhd etməyə davam edir. 2025-ci ildə Rusiyada 1830 terror hücumu törədilib ki, bu da 2024-cü illə müqayisədə 40% və 2023-cü illə müqayisədə 6,5 dəfə çoxdur. Düşmən internet vasitəsi daxil olmaqla Rusiya əhalisinə təsir göstərmək üçün informasiya və psixoloji müharibədən aktiv şəkildə istifadə edir. Yaxın Şərqdəki hadisələr fonunda vacib infrastruktura təhdidlər daha da real və miqyaslıdır. Kiyevin hücumlarının əsas hədəfləri Rusiya Federasiyasındakı hərbi, nəqliyyat və yanacaq-enerji obyektləridir”.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar