Sizin Reklam Burada
Xəbər lenti
16-04-2026
15-04-2026
BÜTÜN XƏBƏRLƏR

Sülh ərəfəsində Avropa Şurası Nazirlər Komitəsindən gözlənilməz çağırış - RAMİL SƏFƏROVU MƏSULİYYƏTƏ CƏLB EDİN!

Tarix: 16-03-2026 23:14     Baxış: 348 A- / A+
Avropa Şurasının Nazirlər Komitəsi quruma üzv ölkələrin Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarının icra vəziyyətinə dair növbəti iclasını keçirib.

Avropa Şurasından verilən məlumata görə, iclasda Azərbaycan tərəfindən də icra olunmayan bir sıra işlərlə bağlı müzakirələr aparılıb və hökumətə müvafiq qaydada çağırışlar edilib.

Bunlar arasında diqqəti çəkən işlərdən biri də uzun illər əvvəl Macarıstanda erməni zabitini qətlə yetirən hərbçimiz Ramil Səfərovla  bağlı olan məsələdir.

Belə ki, Ermənistan vətəndaşları “Makuçyan və Minasyan” Azərbaycana qarşı adlı ərizəyə əsasən, Avropa Məhkəməsi Azərbaycanın Ramil Səfərovu Bakıda cinayət məsuliyyətinə cəlb etməsinə dair qərar vermişdir.

Nazirlər Komitəsinin açıqlamasında deyilir ki, Ramil Səfərov Macarıstandan Azərbaycana təhvil verildikdən sonra əfv edilmiş, vəzifədə irəli çəkilmiş və müavinətlərə layiq görülüb:

“Azərbaycana Konvensiyanın 46-cı maddəsinin 1-ci bəndinin şərtlərinə uyğun olaraq, Avropa İnsan Hüquqları Məhkəməsinin iştirakçısı olduğu istənilən iş üzrə yekun qərarlarına tam, səmərəli və operativ şəkildə riayət etmək öhdəliyini və öhdəliyini qətiyyətlə xatırladılır. Hakimiyyətin indiyədək bir neçə görüşdə susqunluğunu davam etdirməsindən və bu işdə davamlı irəliləyişin olmamasından dərin təəssüf hissi keçirir”.

Milli Məclisin deputatı Məlahət İbrahimqızı isə  qeyid edib ki, Avropa Şurasının Nazirlər Komitəsinin bu məsələni indiki məqamda gündəmə gətirməsi bir sıra suallar yaradır:

“Mən xatırlayıram ki, Avropa Məhkəməsinin qərarından sonra həmin erməni zabitinin ailəsinə kompensasiya ödənildi.

İndi Azərbaycanla Ermənistan arasında sülh prosesinin getdiyi bir dövrdə bunu gündəmə gətirmək hansısa qüvvələrin maraqlı olduğunu göstərir. Bu qüvvələr sülh prosesinə zərbə vurmağa çalışanlardır”. gününsesi.info 

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar