Sizin Reklam Burada
Xəbər lenti
16-04-2026
15-04-2026
BÜTÜN XƏBƏRLƏR

İnanılmaz fakt: Özbəkistanda qadın 30 ildən çox SSRİ pasportu ilə yaşayıb - Şəkil

Tarix: 16-03-2026 08:49     Baxış: 371 A- / A+
Özbəkistan sakini 30 ildən artıq müddət ərzində SSRİ vətəndaşının pasportu ilə yaşayıb və yalnız martın 14-də respublikanın yeni sənədini alıb.

Bu barədə Özbəkistan Ədliyyə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, 21 dekabr 1972-ci ildə Nurota rayonunda anadan olmuş Onarxol Kubayeva 1992-ci ildə ailə quraraq Payarıq rayonuna köçüb. O, uzun müddət diqqətsizlik və ailə şəraitinin qeyri-kafi olması səbəbindən keçmiş SSRİ pasportu ilə yaşayıb.

Qeyd olunub ki, qadın əvvəllər nə daxili işlər orqanlarına, nə yerli hakimiyyət nümayəndələrinə, nə də vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanlarına bu məsələ ilə bağlı müraciət edib. Bu səbəbdən sənəd vaxtında dəyişdirilməyib.

Vəziyyət aşkar edildikdən sonra müvafiq tədbirlər görülüb. Nəticədə 14 mart 2026-cı il tarixində qadına Özbəkistan Respublikası vətəndaşının ID-kartı təqdim olunub.

Xatırladaq ki, Sovet pasportlarının əvəzinə ilk milli pasportların verilməsi Özbəkistanda 1995-2000-ci illərdə həyata keçirilib. 2011-ci ildən isə ölkədə biometrik pasportların verilməsinə başlanılıb, daha sonra daxili ID-kart sisteminə keçid edilib. oxu.az

Manevr.az 

İnanılmaz fakt: Özbəkistanda qadın 30 ildən çox SSRİ pasportu ilə yaşayıb

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar