Sizin Reklam Burada
Xəbər lenti
16-04-2026
15-04-2026
BÜTÜN XƏBƏRLƏR

Paşinyan Qarabağla bağlı müharibə xəbərdarlığı etdi – “Ehtiyatlı olun”

Tarix: 13-03-2026 21:13     Baxış: 354 A- / A+

“Heç kim bu seçimdən qaça bilməyəcək: “Qarabağ hərəkatı”nı davam etdirsək, müharibəyə gedəcəyik, davam etdirməsək isə sülhə”.

Bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib.

Baş nazirin sözlərinə görə, sülh hər gün gücləndikcə Ermənistan da güclənəcək: “Mən məhz bu hərəkatın rəhbəriyəm, kim razıdırsa, mənim ardımca gəlsin”.

Nikol Paşinyan əlavə edib: “Biz “Artsax Respublikası”, “Qarabağ problemi” deyəndə başa düşməliyik ki, sözün dəyəri və nəticəsi var. Bu ifadələr istər kilsədə, istər elmi, istərsə də ictimai müstəvidə səsləndiriləndə elə bir variant yoxdur ki, müəyyən mərhələdə münaqişəyə gətirib çıxarmasın”.

O qeyd edib ki, bütün ermənilərin katolikos II Qaregin faktiki olaraq “müharibə partiyası”nın liderliyini üzərinə götürüb və keçmiş prezidentlər Robert Köçəryan, Levon Ter-Petrosyan, Serj Sərkisyan və başqaları da bu məntiq çərçivəsində çıxış edirlər.

Paşinyanın fikrincə, Ermənistan cəmiyyəti bunları nəzərə alıb aydın seçim etməlidir:

“Əgər “Qarabağ hərəkatı”nı davam etdiririksə, bu, yeni müharibə deməkdir, başqa cür ola bilməz. Xalq seçkilər vasitəsilə “Qarabağ hərəkatı”nı davam etdirib-etdirməyəcəyimizi bəyan etməlidir”. teleqraf.com

Manevr.az 


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar