Sizin Reklam Burada
Xəbər lenti
18-06-2026
BÜTÜN XƏBƏRLƏR

İsrail Livanda İran diviziyasının komandirlərini öldürüb

Tarix: 12-03-2026 23:04     Baxış: 376 A- / A+
İsrail Müdafiə Ordusu Livanda İran diviziyasının komandirinin və yüksək rütbəli üzvlərinin öldürüldüyünü bəyan edib.

Moderator.az "The Times of Israel"ə istinadən xəbər verir ki, "Hizbullah"la birgə fəaliyyət göstərən "İmam Hüseyn diviziyası"nın komandiri ötən gecə Livana endirilən aviazərbə nəticəsində müavini və digər komandirlərlə birgə öldürülüb.

Hərbçilərin məlumatına görə, diviziya komandanı Əli Musəlləm Təbayə bu vəzifəyə əvvəlki komandir 2024-cü ilin oktyabrında İsrail tərəfindən öldürüldükdən sonra təyin edilib.

"Bu, SEPAH-ın Livan ərazisindən İsrailə hücum etmək tapşırığı daşıyan İran bölməsidir. İllərdir biz onları aşkar edib məhv etməyə çalışırdıq. Ötən gecə onlar İsraili atəşə tutarkən saniyələr içində məhv edildilər", - İsrail Müdafiə Ordusunun Baş Qərargah rəisi general-leytenant Eyal Zamir videomüraciətində bildirib.

İsrail ordusunun məlumatına görə, dünənki aviazərbə nəticəsində diviziya komandirinin müavini Cihad əl-Səfira, pilotsuz uçuş aparatlarının idarə olunması üzrə zabit Saqer əl-Həndəsə və bir sıra digər yüksək rütbəli komandirlər də həlak olub. moderator.az

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar