Xəbər lenti
ABŞ laboratoriyalar ilə epidemiyaları idarə edir - Medvedyev
Manevr.az xəbər verir ki, bu barədə Rusiya Təhlükəsizlik Şurası sədr müavini Dmitri Medvedyev “Ekspert” jurnalında dərc olunan məqaləsində yazıb.
“ABŞ məlum olduğu kimi, digər ölkələri öz sınaqları üçün poliqon kimi istifadə edərək qlobal hərbi-bioloji şəbəkə yaradıb. Nəticədə milyonlarla insan fərqində olmadan ölümcül təhlükələrin girovuna çevrilir. Bu tədqiqatların nəticələri ABŞ-a epidemiyaların yayılmasını idarə etməyə və insanların müxtəlif xəstəliklərə qarşı davamlılığına təsir edən genetik amilləri öyrənməyə imkan verir”, - deyə Medvedyev qeyd edib.
Onun sözlərinə görə, Pentaqonun iştirakı ilə yaradılmış infrastruktur Yaxın Şərqdə, Cənub-Şərqi Asiyada, Afrikada və MDB məkanında fəaliyyət göstərən ikili təyinatlı təxminən 400 laboratoriyanı əhatə edir. Bu cür müəssisələr sağlamlıq üçün risk dərəcəsinə görə təsnif edilən bioloji agentlərlə işləmək üçün nəzərdə tutulub.
Medvedyev, həmçinin iddia edib ki, “The Last of Us” adlı Amerika serialındakı zombi-apokalipsis ssenarisi real ola bilər: “ABŞ-ın özünün qorunma təminatı olsa da, milli sərhədlər yaxınlığında yeni patogenlərin istifadəsi qlobal miqyasda yayıla biləcək təhlükəli insan və heyvan xəstəliklərinin yayılmasına imkan verəcək. Bu yayılmalar isə təbii proseslər kimi gizlədiləcək”.publika.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
İlqar İlkin
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar































