Sizin Reklam Burada
Xəbər lenti
19-10-2026
18-10-2026
BÜTÜN XƏBƏRLƏR

“Krokus Siti Holl”da terror törədənlərə ömürlük cəza verildi

Tarix: 12-03-2026 15:05     Baxış: 4198 A- / A+
“Krokus Siti Holl”da terror törədənlərə ömürlük cəza verildi
Rusiyanın Moskva şəhər məhkəməsi “Crocus City Hall” konsert zalında törədilən terror aktına görə təqsirləndirilənləri ömürlük həbs cəzasına məhkum edib.
Manevr.az bildirir ki, Şamsidin Fariduni, Dalerjon Mirzoyev, Məhəmmədsobir Fayzov və Saidəkram Racabolizodanı cəzalarını xüsusi rejimli müəssisədə çəkməklə ömürlük azadlıqdan məhrumetmə cəzasına məhkum ediliblər.
Onlar cəzalarının bir hissəsini həbsxanada, qalan hissəsini isə xüsusi rejimli cəza müəssisəsində çəkəcəklər.
Bundan əlavə, məhkəmə hər birinə 990 min rubl məbləğində cərimə də təyin edib.
Həmçinin onlara kömək edən 11 nəfərə də ömürlük həbs cəzası verilib. Məlumatda qeyd olunur ki, onlar terrorçuları pul və silahla təmin edib, həmçinin onlara avtomobil satıblar.
Daha 4 cinayət ortağı isə 19 il 11 aydan 22 il 6 aya qədər həbs cəzasına məhkum ediliblər.
Qeyd edək ki, terror aktı 2024-cü il martın 22-də Moskva vilayətinin Krasnoqorsk şəhərində yerləşən Krokus Konsert salonunda baş verib. Nəticədə 6-sı uşaq olmaqla, 145 nəfər həyatını itirib, 551 nəfər yaralanıb.lent.az



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar