Sizin Reklam Burada
Xəbər lenti
04-08-2026
03-08-2026
BÜTÜN XƏBƏRLƏR

Arximedin itmiş əlyazması tapıldı

Tarix: 11-03-2026 08:49     Baxış: 392 A- / A+
Fransalı tədqiqatçı Viktor Gisem­ber uzun illər itmiş hesab olunan nadir bir əlyazma vərəqini aşkar edib.

Məlumat phys.org saytına istinadən yayımlanıb.

Tapılan vərəq məşhur "Arximed palimpsesti"nin 123-cü səhifəsidir. Bu əlyazma orta əsrlərdən günümüzə çatmış ən qiymətli elmi mətnlərdən biri hesab olunur.

Palimpsest X əsrdə, təxminən 950-ci ildə Bizansda naməlum bir katib tərəfindən hazırlanmış perqament kodeksidir. Burada qədim yunan alimi Arximedin əsərlərinin surətləri, o cümlədən başqa mənbələrdə qorunub saxlanmayan bəzi mətnləri də yer alır. Əlyazmanın əsas hissəsi hazırda ABŞ-də yerləşən Baltimor Uolters İncəsənət Muzeyində saxlanılır, lakin əsrlər ərzində üç vərəq itib.
Tapılan səhifə ilk baxışda dua kitabına bənzəyir. Orta əsrlərdə katiblər köhnə mətnləri qismən silərək perqamenti yenidən istifadə edir və üzərinə xristian duaları yazırdılar. Bu cür yenidən yazılmış əlyazmalar palimpsest adlanır.

Əlyazma vərəqinin Fransadakı muzeyə necə düşdüyü isə hələlik məlum deyil. oxu.az

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar