Sizin Reklam Burada
Xəbər lenti
16-04-2026
15-04-2026
BÜTÜN XƏBƏRLƏR

İran Netanyahunu öldürdü?

Tarix: 10-03-2026 17:50     Baxış: 349 A- / A+
İran Netanyahunu öldürdü?
Yaxın Şərq regionunda münaqişələrin şiddətləndiyi bir vaxtda mətbuatda İsrailin Baş naziri Benyamin Netanyahunun həlak olması və ya xəsarət alması ilə bağlı iddialar yayılıb.
Manevr.az oxu.az-a istinadən xəbər verir ki, İranın "Tasnim" xəbər agentliyi tərəfindən müxtəlif şayiələr dövriyyəyə buraxılsa da, "The Jerusalem Post" bu iddiaları sübut edəcək hər hansı bir faktın olmadığını qeyd edib.
İran mediası öz xəbərini hökumət başçısının yeni kadrlarının yayılmaması, mühafizə tədbirlərinin artırılması, planlaşdırılan səfərlərin ləğvi və Fransa Prezidenti Makronla aparılan danışıqlarla əsaslandırmağa çalışıb.
Eyni zamanda, ABŞ ordusunun sabiq zabiti Skott Ritterin sözlərinə də istinad edilib, lakin rəsmi səviyyədə heç bir fakt təsdiqlənməyib.
Rəsmi qurumların məlumatlarına əsasən, Benyamin Netanyahunun səhhətində heç bir problem yoxdur, o, martın 6-da Beer-Şeva şəhərinə səfər edib və Makronla telefonla danışıb.
"Xinhua" agentliyi də bölgədə hər hansı raket hücumu izlərinin qeydə alınmadığını açıqlayıb.
"The Jerusalem Post" qəzeti diqqətə çatdırır ki, hərbi əməliyyatlar dövründə verilən natamam məlumatlar, adətən, müxtəlif sui-qəsd nəzəriyyələrinin yaranmasına rəvac verir, ancaq mötəbər informasiya mənbələri Netanyahunun həyatını itirməsi və ya xəsarət alması barədə şayiələri qətiyyən təsdiq etmir.



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar