Sizin Reklam Burada
Xəbər lenti
16-04-2026
15-04-2026
BÜTÜN XƏBƏRLƏR

Tramp İranla bağlı MİLYONLARIN GÖZLƏDİYİ XƏBƏRİ VERDİ

Tarix: 10-03-2026 08:59     Baxış: 364 A- / A+
ABŞ Prezidenti Donald Tramp bildirib ki, ABŞ və İsrail İranı hərbi baxımdan ciddi şəkildə zəiflədib və müharibə demək olar ki, sona yaxınlaşır.

Tramp bunu CBS News telekanalına müsahibəsində deyib.

Trampın sözlərinə görə, İranın artıq donanması, rabitə sistemi və hərbi hava qüvvələri faktiki olaraq qalmayıb.

“Onların raketlərindən demək olar ki, heç nə qalmayıb. Dronları isə hər yerdə, o cümlədən istehsal müəssisələri ilə birlikdə məhv edilir. Onlar artıq malik olduqları bütün imkanlardan istifadə ediblər. Əgər hansısa yeni addım atmağa çalışsalar, bu, həmin ölkənin sonu olacaq”, – deyə Tramp bildirib.

ABŞ prezidenti əlavə edib ki, Vaşinqton Hörmüz boğazı ilə bağlı da müxtəlif addımlar ata bilər. Onun sözlərinə görə, hazırda boğaz açıqdır və gəmilər hərəkət edir, lakin ABŞ-ın bu strateji keçidi nəzarətə götürməsi məsələsi də müzakirə olunur.
Tramp Müctəba Xameneinin İranın ali lideri vəzifəsinə təyin olunması ilə bağlı sualı şərh etməyib.

“Mənim ona heç bir mesajım yoxdur”, – deyə Ağ Ev rəhbəri bildirib və əlavə edib ki, İranın rəhbərliyi üçün başqa bir namizəd barədə düşünür. apa

Manevr.az 



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar