Sizin Reklam Burada
Xəbər lenti
18-04-2026
17-04-2026
BÜTÜN XƏBƏRLƏR

Dünyanın ən ölümcül raketləri

Tarix: 09-03-2026 18:14     Baxış: 349 A- / A+
Dünyanın ən ölümcül raketləri
ABŞ üçün kabusa çevrilən “Şeytan” raketi
Yaxın Şərqdəki müharibə şiddətləndikcə dünya addım-addım daha qaranlıq və idarəolunmaz bir dövrə sürüklənir. ABŞ-İsrail ittifaqı ilə İran arasındakı gərginlik Dubaydan Bəhreynə qədər geniş ərazidə yeni hücumlara məruz qalması isə enerji sahəsində yaranan böhran səbəbindən qlobal iqtisadiyyatda panikanı artırır.  ABŞ, İsrail və İran arasındakı böhran dünyanı daha ciddi kataklizmlərə sürükləyir.

Bu gərgin atmosferdə beynəlxalq müdafiə dairələri dünyanın ən ölümcül raket sistemləri ilə bağlı yeni bir hesabat yayımlayıb və burada ən ölümcül raketlərin siyahısı yer alıb. 
Manevr.az  xəbər verir ki,  siyahıya "İblis" ləqəbli raket başçılıq edir. 
Mütəxəssislərin fikrincə, çox böyük dağıdıcı potensiala malik bu raket ABŞ üçün kabusa çevrilmək və təkbaşına qlobal təhlükəsizlik balansını pozmaq qabiliyyətinə malikdir.  Yəni "İblis" (Şeytan) ləqəbli bu raket ABŞ üçün kabus ola bilər. 
İndi isə dünyanın ən ölümcül 10 raketini təqdim edirik. 
 10) DF-31-Çin: 11.000 kilometrdən çox mənzilə malik quru əsaslı qitələrarası ballistik raket. Bir neçə döyüş başlığı daşıya bilir.
9) TRIDENT II D4- ABŞ: 12.000 kilometr məsafə uçur. Trident II SLBM daha köhnə bir versiyadır. Daha köhnə olsa da, yenə də qorxunc bir silahdır.
8) M51-Fransa: 11.000 kilometrdən çox mənzilə malik Fransa SLBM-i. Bir neçə döyüş başlığı daşıya bilir.
7) RS-26 RUBEZH (SS-26) – Rusiya:
Yüksək dəqiqlik dərəcəsinə malik qısa mənzilli qitələrarası ballistik raket. Təhdidlərə sürətli reaksiya vermək üçün hazırlanmışdır.
6) RS-24 YARS (SS-27)- Rusiya: 11.000 kilometrdən çox mənzilə malik quru əsaslı qitələrarası ballistik raket.1 Birdən çox döyüş başlığı daşıya bilir.
5) BULAVA (RS-28)- Rusiya: Köhnə “Bulava”nı əvəz etmək üçün hazırlanmış yeni SLBM. Daha etibarlı və dəqiq olduğu deyilir.
4) TRIDENT II D5-ABŞ:  12.000 kilometrdən çox mənzilə malik sualtı qayıqdan atılan ballistik raketdir (SLBM). Yüksək dəqiqliyə malikdir və birdən çox döyüş başlığı daşıya bilir. 
3)  MINUTEMAN III- ABŞ: Yüksək dəqiqlik dərəcəsinə malik uzun mənzilli qitələrarası ballistik raket. ABŞ-ın nüvə arsenalının təməl daşıdır. 
2) DF-5 (DONGFENG-5)-Çin: Bütün ABŞ-a çata bilən Çin qitələrarası ballistik raketi. Bir neçə döyüş başlığı daşıya bilir və 12.000 kilometrdən çox mənzilə malikdir. 
1) R-36M2 VOEVODA (SS-18 “İBLİS”- Rusiya: Uçuş məsafəsi 16.000 km. Bu qitələrarası ballistik raket ən ağır yük daşıma qabiliyyətinə görə rekorda malikdir. O, hər biri 750 kiloton ağırlığında olan 10 döyüş başlığı daşıya bilir.


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar