Sizin Reklam Burada
Xəbər lenti
08-05-2026
BÜTÜN XƏBƏRLƏR

Xameneinin varisi bəlli oldu? - AÇIQLAMA

Tarix: 08-03-2026 17:54     Baxış: 360 A- / A+


Xameneinin varisi bəlli oldu? - AÇIQLAMA
İranın növbəti ali dini liderini seçəcək Ekspertlər Məclisində Ayətullah Əli Xameneinin varisi ilə bağlı çoxluğun razılığı əldə olunub.
Manevr.az xəbər verir ki, bu barədə AlJazeera məlumat yayıb.
Məlumata görə, bu barədə  ekspertlər Məclisinin üzvü Ayətullah Məhəmməd Mehdi Mirbaqeri məlumat verib.
Mirbaqeri bildirib ki, varisin seçilməsi prosesində artıq əsas razılıq əldə edilib, lakin prosedurla bağlı “bəzi maneələrin” hələ də həll olunması tələb olunur.
İran Konstitusiyasına əsasən, ölkənin ali dini liderini seçmək səlahiyyəti 88 üzvdən ibarət Ekspertlər Məclisinə məxsusdur.
Qeyd edək ki, İranı 37 il idarə etmiş Ayətullah Əli Xamenei fevralın 28-də Tehran şəhərinə ABŞ və İsrail tərəfindən həyata keçirilən zərbə nəticəsində həlak olub. Həmin hücum Yaxın Şərqin böyük hissəsini əhatə edən müharibənin başlanğıcı kimi qiymətləndirilir.
Bu arada İsrail ordusu Xameneinin varisini təyin etməyə çalışan Ekspertlər Məclisinin üzvlərini təqib edəcəkləri barədə xəbərdarlıq edib.
İsrail ordusu bazar günü X sosial şəbəkəsində fars dilində paylaşdığı mesajda bildirib: “Xameneinin varisinin seçilməsi ilə bağlı iclasda iştirak etməyi planlaşdıran hər kəsi xəbərdar edirik ki, sizi də hədəfə almaqdan çəkinməyəcəyik. Bu bir xəbərdarlıqdır”.


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar