Sizin Reklam Burada
Xəbər lenti
04-08-2026
03-08-2026
BÜTÜN XƏBƏRLƏR

Dövlət idarəsində çəkilən görüntülər sosial medianı ayağa qaldırdı

Tarix: 05-03-2026 21:05     Baxış: 3178 A- / A+
Dövlət idarəsində çəkilən görüntülər sosial medianı ayağa qaldırdı - VİDEOTürkiyənin Bingöl şəhərində yerləşən Milli Əmlak Dairəsində çəkildiyi bildirilən görüntülər sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

Vətəndaş tərəfindən qeydə alınan görüntülər idarənin otaqlarının iş saatları ərzində boş olduğu görünür. Görüntünü lentə alan şəxs işin saat 13:00-da başlamalı olduğunu vurğulayaraq, həmin vaxtda əməkdaşların iş başında olmadığını bildirib. O, məsələ ilə bağlı görüntüləri valiliyə və CİMER-ə göndərəcəyini deyib.

Sosial mediada qısa zamanda yayılan görüntülər müxtəlif reaksiyalar doğurub. Bəzi istifadəçilər dövlət qurumlarında nəzarətin zəif olduğunu iddia edərək sərt tənqidlər səsləndiriblər. Şərhlərdə "Bəlkə də ümumiyyətlə işə getməyənlər var, maaşları isə vətəndaş ödəyir", "Təhsil və səhiyyə daxil olmaqla bütün dövlət qulluğu özəlləşdirilməlidir", "Bu vəziyyət təkcə Ramazan ayına  xas deyil, adətən də belə olur", "İşə getmədən maaş alan, hətta çalışdığı qurumun yerini bilməyən ‘bankamatik’ əməkdaşlar var", "Dövlət qurumları çürüyüb" kimi fikirlər yer alıb.

Məsələ ilə bağlı rəsmi qurumların mövqeyi isə hələlik açıqlanmayıb. Hadisənin araşdırılıb-araşdırılmayacağı ictimaiyyət tərəfindən diqqətlə izlənilir. yenisabah.az 

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar